“Bank of Baku” ASC-nin Dostbank - Mobil Bankçılıq tətbiqi vasitəsilə siz, vaxtınıza qənaət edərək, olduğunuz məkanı tərk etmədən, öz mobil telefonunuz ilə bank əməliyyatlarını onlayn rejimdə həyata keçirmək və günün istənilən vaxtında hesablarınıza nəzarət etmək imkanı əldə edirsiniz. Mobil tətbiqin qoşulma qaydası aşağıdakı kimidir.
Dostbank tətbiqini “Google Play” və ya “App Store”dan mobil cihazınıza yükləyin;
“Qeydiyyatdan keç” bölməsinə daxil olaraq "BoB müştərisiyəm" keçid edin;
Bank of Baku-da olan şəxsi müştəri kodunuzu və şifrənizi daxil edin;
Qeydiyyatda olan mobil nömrənizə bank tərəfindən göndəriləcək birdəfəlik şifrəni (OTP) daxil edib təsdiq edin;
Dostbank tətbiqinə daxil olmaq üçün PİN kodunuzu təyin edin.
Dostbank tətbiqini “Google Play” və ya “App Store”dan mobil telefonunuza yükləyin;
"Qeydiyyatdan keç" bölməsinə daxil olaraq "BoB müştərisi deyiləm" seçərək açılan pəncərədə aktiv və qeydiyyatda olmayan mobil nömrənizi qeyd edin;
Mobil nömrənizə bank tərəfindən göndəriləcək birdəfəlik şifrəni (OTP) daxil edib təsdiq edin;
"SİMA İMZA" seçərək şəxsiyyət vəsiqənizin FİN kod və seriya nömrəsini daxil edin;
Avtorizasiya və müqavilə imzalama prosseslərini tamamlayıb, PİN kod yaradın.
Tətbiq girişlərinizin Touch İD (barmaq izi) və Face İD (üz tanıma) ilə tanınması
İstər şəxsi hesablar ,istərsə də bank daxili və ölkədaxili hesablar arası köçürmələr etmək
Hesablar arasında nağdsız konvertasiya əməliyyatları etmək
Valyuta məzənnələrini izləmək
Bank of Baku və ya digər prossesinq mərkəzinin kartları vasitəsilə MasterCard / Visa tipli plastik kartlara komissiyasız köçürmə etmək
Kredit və Debet kartlarının balansına nəzarət etmək, çıxarış əldə etmək və ehtiyac yaranarsa 24/7 blok etmək
Şəxsi cari, depozit və ya kredit hesablarınıza nəzarət etmək və çıxarış əldə etmək
Ən yaxınlıqda yerləşən ATM, Filiallar və Ödəniş terminallarının xəritədə əks olunması
Onlayn valyuta konvertoru
Nağd pul, Debet və ya Kredit kartlarının sifarişi
Şəxsi cari, depozit və ya kredit hesablarınıza nəzarət etmək və çıxarış əldə etmək
Bütün köçürmə, konvertasiya, ödənişlərinizin tarixçəsini izləmək
Kommunal, Mobil operator, TV və İnternet provayderlərinin borclarının ödənilməsi, avtomatik ödənişləri periodik reallaşdırmaq
Bank ilə əlaqə yaratmaq şansı əldə etmək