imgimg

Kart əməliyyatları

SMS Bankçılıq

SMS Bankçılıq xidməti vasitəsilə “Bank of Baku” ASC-nin kart sahibləri kart hesablarına nəzarət edə və bu hesablar üzrə müxtəlif əməliyyatlar apara bilər.

img
Xidmətin üstünlükləri
  • Kart hesabı üzrə aparılan əməliyyatlar haqqında kart sahibinin SMS məlumatlandırılması

  • Kart hesabının cari balansı haqqında məlumatın alınması

  • Kartın bloklaşdırılması

  • Kartın blokdan açılması

  • Kart hesabından son 10 əməliyyat üzrə çıxarışın alınması
  • SMS Bankçılıq xidməti həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərir.

Xidmət haqqı və qoşulma üsulu
  • Müxtəlif əməliyyatların icrası üçün SMS mətni aşağıdakı qaydada tərtib olunur və 8145 nömrəsinə göndərilir:

  • başlanğıc mətni: BALANCE (cari balans barədə məlumat almaq üçün), BLOCK (ödəniş kartının bloklaşdırılması üçün), UNBLOCK (ödəniş kartının blokdan açılması üçün) və STATE (kart hesabından son 10 əməliyyat üzrə çıxarış almaq üçün);

  • boşluq; əməliyyat aparılacaq kartın üzərindəki ilk 4 rəqəmi; % işarəsi; əməliyyat aparılacaq kartın üzərindəki son 4 rəqəmi.

  • Bütün kartlar üzrə Dostbank mobil tətbiqi vasitəsilə məlumatlandırma pulsuzdur. SMS Bankçılıq üçün xidmət haqqı həm debet, həm də kredit kartları üzrə 28.02.2025 tarixindən etibarən 15 AZN (kartın istifadə müddətinin sonuna qədər) təşkil edəcək.

  • Misal üçün: Müştəri “Balance 6473%7430” yazaraq 8145 nömrəsinə göndərir. Bu əməliyyatı edən 6473 xxxx xxxx 7430 kart sahibi kart hesabının cari balansı barədə məlumat almaq istəyir.“BLOCK 5473%4646” yazıb 8145 nömrəsinə göndərən kart sahibi isə ödəniş kartının bloklaşdırılması əməliyyatını həyata keçirir.

  • SMS bankçılıq xidmətini Dostbank mobil tətbiqdəki müvafiq düymə vasitəsilə və ya müştərinin müraciəti (ərizə, elektron və s.) əsasında aktivləşdirmək mümkündür.