“Apple Pay” xidmətini Dostbank, eləcə də “Apple Wallet” tətbiqi ilə aktivləşdirə bilərsiniz.
DOSTBANK tətbiqinə daxil olaraq “Apple Wallet”ə əlavə etmək istədiyiniz kartı seçin, kartın aşağısındakı “Apple Wallet” düyməsinə keçid edin. Addımları tamamladıqdan sonra nömrənizə gələn birdəfəlik OTP şifrəsini daxil edərək xidməti aktivləşdirin.
“iPhone” smartfonunda isə “Apple Wallet” tətbiqində “+” düyməsini seçib, kartınızın üzərindəki məlumatları buraya əlavə edə bilərsiniz. Nömrənizə gələn birdəfəlik OTP şifrəsini də daxil edin.
“Apple Watch” cihazınızdakı “Apple Watch” tətbiqində “Wallet”ə daxil olaraq “Add Card” seçin. Əlavə etmək istədiyiniz kartın üzərindəki məlumatları, daha sonra nömrənizə gələn birdəfəlik OTP şifrəsini daxil edərək “Apple Pay”i aktivləşdirin.