imgimg

Kart əməliyyatları

3D secure

3D Secure texnologiyası – VISA və MasterCard beynəlxalq ödəniş sistemləri tərəfindən yaradılmış, ödəniş kartları ilə onlayn alış-veriş əməliyyatlarını daha da təhlükəsiz edən qlobal protokoldur.

img
Faydaları
  • Kartlardan onlayn istifadənin kənar şəxslər tərəfindən həyata keçirilməsinin qarşısını alır
  • Kartlar yalnız kart sahibinin əldə edə biləcəyi birdəfəlik şifrə ilə qorunur
  • Təhlükəsizliyi təmin etmək məqsədi ilə əlavə şifrə yadda saxlamağ ehtiyac yoxdur. Belə ki, birdəfəlik şifrə mobil telefona əməliyyat zamanı göndərilir
  • Sizin onlayn ödəniş məbləğiniz 100 AZN və daha çox olarsa, müvafiq pəncərə açılır. Pəncərə açılan zaman Sizin Bankda qeydiyyatda olan mobil nömrənizə təsdiq kodu göndərilir. Yalnız həmin təsdiq kodunu yığdıqdan sonra ödəniş edə bilərsiniz.
3D secure-nin aktivləşmə qaydaları:
  • Əgər satıcı (“merchant”) Azərbaycan Respublikası ərazisindədirsə və məbləğ 100 AZN dən azdırsa bu zaman şifrə tələb edilmir, yalnız tranzaksiyanın təsdiqi üçün bütün detalları təsvir edən pəncərə açılır (Confirmation window).
  • Əgər satıcı (“merchant”) Azərbaycan Respublikası ərazisində deyilsə və məbləğ 10 şərti vahid - dən azdırsa bu zaman şifrə tələb edilmir, yalnız tranzaksiyanın təsdiqi üçün bütün detalları təsvir edən pəncərə açılır (Confirmation window)
  • Əgər istifadəçinin İP-si və satıcı (“merchant”) Azərbaycan Respublikası ərazisində deyilsə bu zaman hər bir halda (istənilən məbləğə) şifrə tələb ediləcək
  • 3D secure-yə 2 üsulla qoşulmaq mümkündür: 145 Məlumat Mərkəzi vasitəsilə və ya Filialda