PIN kodu necə bərpa etmək olar?
- SMS vasitəsilə birdəfəlik şifrəni aldıqdan sonra, 1. Ödəniş kartı bankomata daxil edilir; 2. dil seçimi edilərək “Yeni PİN təyin et” düyməsi seçilir; 3. SMS məlumatlandırma ilə göndərilmiş kodu aldıqdan sonra “Davam et” düyməsi basılır; 4. yeni PİN-kod daxil edilir; 5. yeni PİN-kod yenidən daxil edilir; 6. təsdiq üçün yenidən SMS məlumatlandırma ilə daxil olmuş kod daxil edilir və “Davam et” düyməsi seçilir; Atılan addımların icrası nəticəsində PİN-kod müfəvvəqiyyətlə dəyişdirilir.
- PİN-kodun yenisi ilə dəyişdirilməsi xidməti "Bank of Baku" ASC tərəfindən emissiya edilmiş ödəniş kartları üzrə (virtual kartlar istisna olmaqla) tətbiq edilir. Bu əməliyyat “Bank of Baku” ASC-yə məxsus bankomat infrastrukturu vasitəsilə həyata keçirilə bilər. Xidmətdən yararlanmaq üçün ödəniş kartı üzrə “SMS Bankinq” xidməti mütləq aktiv olmalıdır. SMS Bankinq xidməti aktiv olmayan kart istifadəçiləri PIN kodun bərpası üçün 145 Məlumat Mərkəzinə zəng edərək, SMS Bankinq xidmətinə qoşulduqdan sonra, PIN kodun bərpası əməliyyatını həyata keçirə bilər.