7/24
Mühafizəmaks. 12 ay
Icarə müddəti
Əmanətin ilkin məbləği: 100 AZN/USD/EUR
Əmanətin valyutası AZN/USD/EUR
Vergi Məcəlləsinin 102.1.22 maddəsinin 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minən dəyişikliyinə əsasən:
- yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azad edilir;
- yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir.
Əmanətin artırılması şərtləri
AZN valyutasında cəlb edilən və prolonqasiya edilən və müddəti 12 aydan çox olmayan əmanətlərdə əmanət məbləği əmanət müddətinin yarısınadək (o cümlədən, əmanət prolonqasiya olunduğu halda, prolonqasiya müddətinin yarısınadək) istənilən məbləğdə artırıla bilər. AZN valyutasında cəlb edilən və prolonqasiya edilən və müddəti 12 aydan çox olan əmanətlərdə əmanət müqaviləsi bağlanan tarixə yerləşdirilən əmanətlər üzrə maksimum ilkin müqavilə məbləği*, prolonqasiya olunmuş əmanət müqavilələri üzrə isə prolonqasiya olunmuş əmanət məbləği həddində, əmanət müddətinin yarısınadək (o cümlədən, əmanət prolonqasiya olunduğu halda, prolonqasiya müddətinin yarısınadək) artırıla bilər.
USD və EUR valyutasında cəlb edilən və prolonqasiya edilən əmanətlərdə əmanət müqaviləsi bağlanan tarixə yerləşdirilən əmanətlər üzrə maksimum ilkin müqavilə məbləği*, prolonqasiya edilmiş əmanət müqavilələri üzrə isə prolonqasiya olunmuş əmanət məbləği həddində, lakin hər iki hal üzrə ümumi məbləğ 200 000 (iki yüz min) USD/EUR–dan çox olmamaq şərtilə, əmanət müddətinin yarısınadək (o cümlədən, əmanət prolonqasiya olunduğu halda, prolonqasiya müddətinin yarısınadək) artırıla bilər.
*İlkin müqavilə məbləği dedikdə, əmanət müqaviləsi bağlanan zaman əmanət qismində yerləşdirilən məbləğ nəzərdə tutulur.
Faizlərin ödənilməsi: Aylıq, müddətin sonunda
Müddət: 1 aydan 36 ayadək (EUR valyutalarında müddət 12 aydan başlayaraq)
Faiz dərəcəsi:
AZN valyutasında: min 5.50% - maks. 11%,
USD valyutasında: min.0.10% - maks. 3.30%,
EUR valyutasında: 1.00% - maks. 1.70%
Əmanətin azaldılması: İcazə verilir.
Azaldılan məbləğin minimumu: 100 AZN/USD/EUR
Əmanətlər USD valyutası üzrə 12,18, 24 və 36 aylıq müddətlərdə sığortalı faizlər həddində yerləşdirildikdə, əmanət faizi:
12 aylıq: 2.20% (aylıq) - 2.50% (müddətin sonu)
18 aylıq: 2.30% (aylıq) - 2.50% (müddətin sonu)
24 aylıq: 2.30% (aylıq) - 2.50% (müddətin sonu)
36 aylıq: 2.40% (aylıq) - 2.50% (müddətin sonu)
Əmanətin maksimal məbləği: məhdudiyyət yoxdur
Müddət | Faizlərin aylıq ödənişi | Faizlərin müddətin sonunda ödənişi | AZN USD EUR |
---|---|---|---|
1 | 5.5% | 5.5% | |
2 | 5.5% | 5.5% | |
3 | 5.5% | 5.5% | |
4 | 6% | 6% | |
5 | 6% | 6% | |
6 | 9% | 9.5% | |
7 | 9% | 9.5% | |
8 | 9% | 9.5% | |
9 | 9% | 9.5% | |
10 | 9% | 9.5% | |
11 | 9% | 9.5% | |
12 | 11.25% | 11.5% | |
18 | 11.25% | 11.5% | |
24 | 10.5% | 11% | |
36 | 10.5% | 11% |