Pulsuz
Kartın qiymətiAZN
Kartın valyutası400 AZN
Maksimal limit
Bolkart debet kartı ilə üstünlükləri kəşf et.
Kartın növü: MasterCard /Visa
Təmassız ödəniş: təmassız ödəniş funksiyası dedikdə Pin kod daxil edilmədən kartla 100 manatdan çox olmayan məbləğlər həddində əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur.
Depozit funksiyası: illik 7 %-dək. Bolkart Debet kart istifadəçiləri kart hesablarında olan və 100 manatdan az olmayan qalığa illik 7% dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər. Kart hesabındakı qalıq məbləğ 2000 AZN-dən çox olduqda, 2000 AZN-ə qədər olan hissəyə 7%-lə, 2000 AZN-dən yuxarı olan hissəyə isə 5%-lə hesablanacaqdır. Bu xidmət yalnız AZN valyutasında olan kartlar üzrə tətbiq edilir. Müştərilər mobil tətbiqin (Dostbank) funksiyalarından istifadə edərək illik faiz gəlirinin hesablanmasını aktiv və ya deaktiv edə bilərlər.
Əlavə kartın buraxılması: kartın növündən və müddətindən asılı olaraq, qüvvədə olan kartın buraxılması və xidmət olunması tariflərinə əsasən.
Kartın yenilənməsi (prolonqasiya edilməsi): kartın növündən və müddətindən asılı olaraq, qüvvədə olan kartın buraxılması və xidmət olunması tariflərinə əsasən.
Hər müştəriyə yalnız bir ədəd Bolkart Debet kartı pulsuz təqdim edilir. Növbəti aktiv debet kartların əldə edilməsi halında, hesaba minimal vəsaitin qoyuluşu 300 AZN/USD/EUR təşkil edərsə, Bolkart Debet kartını 18 AZN əvəzinə yenidən pulsuz əldə etmək mümkündür.
ATM Cash, POS Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna), rabitə, mobil operator ödənişləri, mərc oyunları, dövlət və kommunal ödənişlər, Quasi Cash (pul kisələri ilə bağlı xidmətlər), kuryer və karqo xidmətləri, vergi ödənişləri, istiqraz, cərimə ödənişləri, məhkəmə xərcləri (aliment) üzrə ödənişlər, dövriyyə kimi nəzərə alınmır və keşbek hesablanmır. “DOSTBANK” mobil tətbiqi vasitəsi ilə aparılan əməliyyatlar üzrə KEŞBEK hesablanmır. 0.01 AZN-dən az olan keşbek məbləğləri nəzərə alınmır.
Şərtlərlə tanış olmaq üçün "Keşbek şərtləri" bölməsinə keçid edə bilərsiniz.