AZ
Təklif və şikayətlər

Müraciətlərinizi şifahi və yazılı formada edə bilərsiniz.

Üstünlüklər
  • Şifahi müraciət istehlakçının Banka birbaşa yaxınlaşması (iş günləri saat 9:00-dan 17:00-dək) və ya telefon (145) vasitəsilə qəbul edilir.
  • Yazılı müraciətlər filialların şikayət və təklif qutuları, elektron poçt ünvanı (shikayet@bankofbaku.com), Poçt ünvanı (AZ 1069, Bakı, Atatürk prospekti, 42) və faks (+994 12 498 82 78) vasitəsilə qəbul edilir.
  • İstər yazılı, istər şifahi daxil olmuş anonim müraciətlər araşdırılmır və cavablandırılmır.
  • Müraciətlərə 10 (on) iş günü ərzində baxılır və cavablandırılır. İstehlakçının müraciəti əlavə araşdırma tələb etdiyi təqdirdə, onun cavablandırılması 20 (iyirmi) iş gününə qədər uzadıla bilər. Bu halda müraciətin cavablandırılması müddətinin uzadılması səbəbləri istehlakçıya izah edilir və cavabın təqdim ediləcəyi son tarix bildirilir.
  • İstehlakçılar yenidən Bankının cavabı ilə razılaşmadıqda Azərbaycan Respublikasının Mərkəzi Bankına (internet vasitəsilə - https://www.cbar.az/page-97/contacts, telefon vasitəsilə qaynar xəttə (966), poçt vasitəsilə AZ-1000, Azərbaycan Respublikası Bakı şəh., Bülbül prospekti, 27 ünvanına) və ya məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

Müraciət forması