Bu xidmət müştərilərə “Bank of Baku” ASC-nin təqdim etdiyi ödəniş kartları üzrə rahatlıqla yadda saxlaya biləcəyi PİN-kodun təyin edilməsinə və ya unudulmuş (itirilmiş) PİN-kodun yenisi ilə əvəz edilməsinə imkan yaradır.
SMS Bankçılıq xidməti vasitəsilə “Bank of Baku” ASC-nin kart sahibləri kart hesablarına nəzarət edə və bu hesablar üzrə müxtəlif əməliyyatlar apara bilər.
Müxtəlif əməliyyatların icrası üçün SMS mətni aşağıdakı qaydada tərtib olunur və 8145 nömrəsinə göndərilir: başlanğıc mətni: BALANCE (cari balans barədə məlumat almaq üçün), BLOCK (ödəniş kartının bloklaşdırılması üçün), UNBLOCK (ödəniş kartının blokdan açılması üçün) və STATE (kart hesabından son 10 əməliyyat üzrə çıxarış almaq üçün); boşluq; əməliyyat aparılacaq kartın üzərindəki ilk 4 rəqəmi; % işarəsi; əməliyyat aparılacaq kartın üzərindəki son 4 rəqəmi. Misal üçün: Müştəri “Balance 6473%7430” yazaraq 8145 nömrəsinə göndərir. Bu əməliyyatı edən 6473 xxxx xxxx 7430 kart sahibi kart hesabının cari balansı barədə məlumat almaq istəyir.“BLOCK 5473%4646” yazıb 8145 nömrəsinə göndərən kart sahibi isə ödəniş kartının bloklaşdırılması əməliyyatını həyata keçirir.
3D Secure texnologiyası – VISA və MasterCard beynəlxalq ödəniş sistemləri tərəfindən yaradılmış, ödəniş kartları ilə onlayn alış-veriş əməliyyatlarını daha da təhlükəsiz edən qlobal protokoldur.
3D secure-yə necə qoşulmaq mümkündür? 145 Məlumat Mərkəzi vasitəsilə: - Siz 145 Məlumat Mərkəzinə zəng edərək 3 DS-ə qoşulma üçün müraciət edə bilərsiniz. Əgər Siz BƏP-də (Bankın Əməliyyat Proqramında) əsas mobil nömrənizlə qoşulmaq istəyirsinizsə, Məlumat Mərkəzi əməkdaşı Sizin xidməti aktivləşdirəcək. Fərqli mobil nömrə olduğu təqdirdə mütləq filiala müraciət etməlisiniz. Filialda qoşulma: - Siz filiala şəxsiyyət vəsiqənizlə yaxınlaşaraq xüsusi ərizə formasını imzalayaraq xidmətə qoşula bilərsiniz.
Sizə uyğun əlaqə vasitəsini seçin