Təcrübə imkanları
Hər il bankımızda onlarla şəxs müxtəlif funksional sahələr üzrə təcrübə keçmək imkanı əldə edir. Bank of Baku-da təcrübə keçən şəxslər işçilər üçün keçirilən müxtəlif layihələrə cəlb olunmaq imkanı, həmçinin təcrübəçilərin bir qismi təcrübə bitdikdən sonra bankda işlə təmin olunmaq imkanı əldə edirlər. Təcrübə müddəti yarımgünlük və ya tamgünlük olmaqla 1 - 3 ay müddətinə təşkil edilir.
Əgər siz də Azərbaycanın ən dinamik banklarından birində təcrübə keçmək istəyirsinizsə, “Təcrübə” sözünü və maraqlı olduğunuz sahənin adını məktubun mövzu hissəsində qeyd etməklə (məsələn, Təcrübə - Müştəri Xidmətləri) hr@bankofbaku.com ünvanına öz CV və ya rezümenizi göndərə bilərsiniz.