İnkişaf proqramları
Özünüzü kəşf etmək macərasına qoşulun, karyeranızda inamla irəliləyin. Gələcəyi formalaşdıracaq dəyişikliyin ən mühüm hissəsi özünü kəşf etməkdir. Müxtəlif səriştə inkişaf proqramları ilə Bank of Baku əməkdaşları güclü tərəflərini ortaya qoyur, tərəqqiyə açıq olduqlarını anlayır və fərdi karyera və inkişaf planları ilə gələcəyə hazırlaşırlar.
Əməkdaşlarımız təkcə bank daxilində deyil, həm də bankdan kənarda və ölkə xaricində olan təlim və seminarlara, tədbirlərə də cəlb olunurlar. Belə ki, bankımız ölkənin ən nüfuzlu təlim mərkəzləri və təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində işçilər üçün təlimlər təşkil edir. Bundan başqa, ehtiyacdan asılı olaraq, bank işçilərinin London, Frankfurt, İstanbul, Moskva kimi şəhərlərdə kurs və proqramlarda iştirakına dəstək olur.
Bankımızda fərdi və peşəkar inkişafın sadəcə kənar təlimləri təmin etməklə tamamlanmadığına inanırıq. Bu səbəbdən bankda Daxili Təlim Mərkəzi fəaliyyət göstərir. Peşəkar təlimçi komandasını cəlb edən və ən müasir təlim texnologiyaları ilə təchiz edilmiş mərkəzimiz il ərzində 900 nəfərin iştirak edə biləcəyi 60 təlim keçirmək potensialına malikdir. Mərkəzimizdə təkcə daxili təlimlər deyil, eyni zamanda, kənardan cəlb edilmiş mütəxəssislər tərəfindən əməkdaşlarımız üçün olan xüsusi təlimlər də keçirilir.
Karyera inkişafı imkanları
Bankımızda karyera inkişafı siyasəti çoxillik sınaqlardan keçərək formalaşan korporativ mədəniyyətə əsasən tərtib edilib.
Bütün əməkdaşlarımıza fərdlər arasında heç bir ayrı-seçkilik qoyulmadan öz istedad və bacarıqlarından istifadə edə və inkişaf etdirə biləcəkləri peşəkar mühit və şərait yaradılır.
Bazar və mövcud şəraitə uyğun olaraq adekvat ödənişlər və digər əlavə imkanlar təklif olunmaqla Bankımız işaxtaranlar üçün çox cəlbedici və nüfuzlu iş yeri kimi tanınır.
Əməkdaşlarımıza öz vəzifələrində inkişaf etmələrinə və uğurlarını artırmağa imkan verəcək təlim və təcrübə imkanları yaradılır, bu proseslərin davamlı və səmərəli olması üçün geniş əhatəli təkminləşdirmə işləri görülür.
Karyera planları çərçivəsində daha yüksək vəzifə tələblərini yerinə yetirən əməkdaşlar hər zaman diqqətdə saxlanılır və karyera pillərərində uğurla addımlayırlar.
Qarşılıqlı inam, anlaşma və ünsiyyətdə yeni ideyalar üçün zəmin hazırlanır və problemlərə həll yolları tapılır.
Uğur və mükəmməlliyi təşviq edən və mükafatlandıran sistemlər qurulur.
İş yerindən daha artıq
Bankın of Baku əməkdaşları arasında loyallığın artırılması və işçi məmnunluğunu yüksək səviyyədə saxlanması üçün müxtəlif imtiyazlar paketi hazırlanıb. Bank əməkdaşlarının idman və istirahəti üçün, müxtəlif müəssisələrlə əməkdaşlıq edilərək, onlara özəl olaraq xüsusi endirimlər əldə olunur. Komanda quruculuq tədbirləri təşkil edilir, əməkdaşlar müxtəlif banklararası intelektual və idman yarışlarına cəlb edilir.