Bank of Baku Bolkart kredit və debet, eləcə də nağd pul krediti məhsullarını müştərilərinin ünvanına çatdırır.
Belə ki, müştərilər Bolkart kartlarını və ya nağd pul kreditini sifariş edərkən “Çatdırılma edilsin” düyməsini seçərək ünvan məlumatlarını daxil edir və xidmətdən rahatlıqla faydalanır.
Qeyd edək ki, Bolkart kredit və nağd pul krediti məhsullarının çatdırılması ödənişsizdir. Bolkart debet üçün komissiya isə 5 AZN təşkil edir.
Komissiyanın silinmə prosesi müştəri kartını əldə etdikdən sonra baş verəcəkdir. Belə ki, müştəri kartı aktivləşdirib, hesabına müəyyən məbləğ yüklədikdən sonra komissiya həmin hesabdan silinəcəkdir.
Əlavə olaraq, Bolkart debet kartlarının sifarişi zamanı çatdırılma ediləcəyi təqdirdə kart müddəti avtomatik olaraq 60 ay, valyuta isə yalnız AZN olacaqdır. Həmçinin çatdırılma xidməti adsız kartlara şamil edilir.
Bolkart debet kartlarının çatdırılma xidməti Bakı-Abşeron ərazisi üçün keçərlidir.
Bolkart kredit və nağd pul kreditinin çatdırılması isə Bakı ərazisindəki ünvanları əhatə edir.
