mаks. 50.000 AZN
Kreditin məbləği3 - 59 ay
Müddət11.9%-dən
İllik faiz dərəcəsi
Ümumi məqsədlər üçün
Ərizəçi: Yaşı min. 18 - kartın bitmə müddətinə maks. 70 olan, dövlət və özəl müəssisələrin əməkdaşları və təqaüdçülər
Qeydiyyat: Azərbaycan Respublikası ərazisi
Tələb olunan sənədlər: şəxsiyyət vəsiqəsi, iş yerindən /təqaüd haqqında arayış və ya rəsmi gəlirləri təsdiq edən digər sənədlər.
Kartın illik xidmət haqqı: Yoxdur
Kartın qiyməti: 50 AZN
ATM Cash, POS Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna), rabitə, mobil operator ödənişləri, mərc oyunları, dövlət və kommunal ödənişlər, Quasi Cash (pul kisələri ilə bağlı xidmətlər), kuryer və karqo xidmətləri, vergi ödənişləri, istiqraz, cərimə ödənişləri, məhkəmə xərcləri (aliment) üzrə ödənişlər, dövriyyə kimi nəzərə alınmır və keşbek hesablanmır. “DOSTBANK” mobil tətbiqi vasitəsi ilə aparılan əməliyyatlar üzrə KEŞBEK hesablanmır. 0.01 AZN-dən az olan keşbek məbləğləri nəzərə alınmır.
01.05.2024-cü il tarixindən etibarən sahələr üzrə qazanılan keşbek məbləğinə təyin edilmiş limitlərə və hesablanan keşbek faiz dərəcəsinə dəyişiklik edilmişdir. Şərtlərlə tanış olmaq üçün "Keşbek şərtləri" bölməsinə keçid edə bilərsiniz.
Yenilik: Bol 1 opsiyası və/ və ya Nağdlaşdırma zamanı istifadə edilmiş məbləğlər üzrə aşağıdakı şərtlər 01.01.2024-cü il tarixindən etibarən qüvvəyə minir. Belə ki, Bank tərəfindən güzəşt müddəti tətbiq edilən əməliyyatlar nəticəsində yaranmış borc məbləğlərinə, tərəflər arasında Kredit Sazişi ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, əməliyyatın icra edildiyi tarixdən başlayaraq, həmin tarixdən sonrakı ikinci ödəniş aralığınadək olan müddət ərzində faizlərin hesablanması üzrə güzəşt müəyyən edilir. Güzəşt müddəti tətbiq edilən əməliyyat nəticəsində yaranmış və ödənilməli olan əsas borc məbləği həmin müddət ərzində tam hissədə Banka geri ödənilmədikdə, qalıq məbləğə faizlər Kredit sazişi ilə razılaşdırılmış həcmdə, güzəşt müddətinin sonuncu günündən 30 gün əvvəldən başlayaraq hesablanmaqla, Müştəridən tələb edilir. Güzəşt müddətindən sonrakı ilk əməliyyat günündən etibarən Müştərinin, hesablanmış faiz məbləğləri ilə bərabər, yaranmış əsas borc məbləğinin Bank tərəfindən ayrı qayda nəzərdə tutulmamışdırsa, ən azı 1/24 (1/36) və ya Bank tərəfindən müəyyən edilən digər nisbətdə olan hissəsini Banka geri ödəmək öhdəliyi yaranır. Faizlərin hesablanması ümumi borc məbləği tam ödənilənədək aparılır.
Təmassız ödəniş: Təmassız ödəniş funksiyası dedikdə Pin kod daxil edilmədən kartla 100 manatdan çox olmayan məbləğlər həddində əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd: Müştərilərə kreditin ayrılıb-ayrılmaması qərarı onların kredit tarixçəsi, öhdəlikləri, iş yeri və rəsmi gəlirlərindən aslı olaraq müəyyən edilir.