Qiyməti: Emissiya və 1 illik xidmət - 8 AZN; Emissiya və 2 illik xidmət - 14 AZN; Emissiya və 3 illik xidmət - 20 AZN. Hesaba minimal vəsaitin qoyuluşu 300 AZN/USD/EUR təşkil edərsə, 1 illik Visa Classic kartını pulsuz əldə etmək mümkündür.
Təmassız ödəniş: təmassız ödəniş funksiyası dedikdə Pin kod daxil edilmədən kartla 100 manatdan çox olmayan məbləğlər həddində əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur.
Təcili sifariş: 15 AZN.
Sığorta məbləği: nəzərdə tutulmayıb.
Kartın statusunun dəyişdirilməsi: komissiya nəzərdə tutulmayıb.
Kartın yeni kart ilə dəyişdirilməsi: kartın növündən və müddətindən asılı olaraq, qüvvədə olan kartın buraxılması və xidmət olunması tariflərinə əsasən.
ŞEN-in dublikatının verilməsi: 5 AZN.
Kartın yenilənməsi (prolonqasiya edilməsi): kartın növündən və müddətindən asılı olaraq, qüvvədə olan kartın buraxılması və xidmət olunması tariflərinə əsasən.
Əlavə kartın buraxılması: kartın növündən və müddətindən asılı olaraq, qüvvədə olan kartın buraxılması və xidmət olunması tariflərinə əsasən.