Kredit riski ayrı kredit və portfel səviyyəsində baş verir Kredit risklərinin ayrı-ayrı kreditlər səviyyəsində baş verməsinə aşağıdakılar səbəb ola bilər: Borcalanın borcun qaytarılması və kreditin xidməti üçün pul vəsaitinin olmaması Təminatın likvidlik riski Kredit üzrə məsuliyyətli olan üçüncü şəxslərin öhdəliklərinin yerinə yetirməməsi Borcalanın şəxsi keyfiyyətləri
Kredit risklərinin kredit portfeli səviyyəsində baş verməsinə aşağıdakılar səbəb ola bilər: Iqtisadiyyatın sektrolarının hər hansı biri üzrə yüksək konsentrasiya | Valyutalar üzrə portfelin cəmləşməsi | Kredit portfelinin bankın tələbinə cavab verməyən strukturu | İşçi heyətinin kvalifikasiyası
Kredit riskinin idarə olunması aşağıda qeyd olunan mərhələləri əhatə edir: Kredit riskinin qiymətləndirilməsi | Kredit riskinin monitorinqi | Kredit riskinin tənzimlənməsi
Kredit riskinin idarə olunması işinin məram və məqsədlərinə aşağıda qeyd edilmiş metodlar vasitəsi ilə müəyyən prinsiplərə riayət vasitəsi ilə yetmək olar: Sərhəd göstəricilər (limitlər) sistemi | Səlahiyyətlər və qərarların qəbulu sistemi | Məlumat sistemi | Monitorinq sistemi | Nəzarət sistemi