Bank of Baku- Sizə yaxın bankçılıq.

Nağd pul krediti

Biznes kreditləri

Kartlar

Bolkart kredit

Bolkart debet

Depozit

Dostbank

Kredit kalkulyatoru

Onlayn kredit

İnsan resursları

Xəbərlər

Əmanətlər

Kampaniyalar

Bank of Baku

Filiallar və ATM

Pul köçürmələri

AxtarışBağla

Bank of Baku Təhsilə Dəstəkdir: Müəllimlər Gününə özəl layihə!

Bank of Baku Təhsilə Dəstəkdir: Müəllimlər Gününə özəl layihə!

Bank of Baku ömrünü elmə, şagirdlərinə həsr edən, günəş kimi şəfəqləri ilə yüzlərlə qəlbi isidən, onların yoluna işıq tutan müəllimlərimizə özəl olaraq Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti bir layihəyə imza atdı. 
05 oktyabr – Müəllimlər Günü münasibətilə keçirilən layihədə, bankın əməkdaşları Bakı və digər rayonlardan gözəlliyi ilə könülləri oxşayan İsmayıllı rayonun ucqar dağ kəndlərinə təyin olunan və orada çalışan, yaşayan müəllimlərin görüşünə tələsdi.
Layihə çərçivəsində İsmayıllı rayonun 5 kəndində - İstisu, Topçu, Gəndov, Tircan və Zərnava kəndlərində fəaliyyət göstərən orta təhsil müəssisələrinə innovativ təhsilə dəstək olmaq məqsədilə Bank of Baku tərəfindən proyektorlar (tam dəst), 100-dən çox aztəminatlı ailələrin övladlarına isə məktəbli ləvazimatları hədiyyə olundu.
Qeyd edək ki, layihədə iştirak edən məktəblər Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində uğur qazanmış məktəblərdir. 
“Bank of Baku təhsilə dəstəkdir” şüarı altında keçirilən layihənin əsas məqsədi ucqar dağ kəndlərinə çalışan müəllimlərin innovativ fəaliyyətinin təkmilləşdirilməsinə və şagirdlərin təhsillərinə dəstək olmaqdır. 
Layihənin gedişatını əks etdirən video görüntülərlə buradan tanış ola bilərsiniz: https://youtu.be/DC6hrsN26Y8 
Bank of Baku-nun keçirdiyi digər layihələr və bank haqqında ətraflı məlumatla bankın 145 Məlumat Mərkəzinə zəng edə və ya rəsmi veb səhifəsinə https://www.bankofbaku.com, Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq mümkündür.

Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com  
www.facebook.com/bankofbaku

Siyahıya geri dön