Fəaliyyətinin əsas təməllərindən biri sosial məsuliyyət olan Bank of Baku, bu dəfə Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində yeni bir layihəyə imza atdı.
Belə ki, bank müqəddəs Qurban bayramı münasibətilə Azərbaycanın ucqar kəndlərindən birində yaşayan aztəminatlı x ailəni ziyarət edərək, onları bayram sovqatı ilə sevindirdi.
Bank of Baku-nun əməkdaşları Quba rayonunun İsbik kəndinə səfər edərək, kənddə yaşayan aztəminatlı ailələrin qonağı oldular və ailələr ərzaq məhsulları ilə təmin olundu.
Qurban bayramı münasibətilə keçirilən layihənin əsas məqsədi, ehtiyacı olan şəxsləri sevindirmək və dəstək olmaqdır.
Layihənin gedişatını əks etdirən video görüntülərlə buradan tanış ola bilərsiniz:
Bank of Baku-nun təqdim etdiyi xidmətlər, həmçinin icra etdiyi layihələr haqqında ətraflı məlumat üçün 145 Məlumat Mərkəzinə zəng edə və ya rəsmi veb səhifəsinə https://www.bankofbaku.com/ daxil ola bilərsiniz.