Bank of Baku- Sizə yaxın bankçılıq.

Nağd pul krediti

Biznes kreditləri

Kartlar

Bolkart kredit

Bolkart debet

Depozit

Dostbank

Kredit kalkulyatoru

Onlayn kredit

İnsan resursları

Xəbərlər

Əmanətlər

Kampaniyalar

Bank of Baku

Filiallar və ATM

Pul köçürmələri

AxtarışBağla

Bank of Baku-dan “Gözünüz aydın olsun!” şüarı ilə sağlamlıq aksiyası

Bank of Baku-dan “Gözünüz aydın olsun!” şüarı ilə  sağlamlıq aksiyası

İnsan kapitalını özünün dəyərli kapitalı hesab edən Bank of Baku əməkdaşlarının sağlamlığına dəstək məqsədilə göz müayinəsi aksiyası təşkil edib.

Aksiya “Gözünüz aydın olsun!” şüarı ilə Bankın İnzibati Mərkəzində baş tutub. “Dünyagöz” klinikasının dəstəyi ilə keçirilən aksiyada 100-dən çox əməkdaş ilkin müayinə imkanından yararlanıb.

Müayinə zamanı əməkdaşların gözləri tibbi avadanlıqlar vasitəsilə yoxlanılıb, “Dünyagöz” klinikasının həkim-oftalmoloqu tərəfindən göz sağlamlığı ilə bağlı ilkin məlumatlar və faydalı tövsiyələr təqdim olunub.

Qeyd edək ki, Ümumdünya Görmə Günü ərəfəsində baş tutan aksiyanın əsas məqsədi göz sağlamlığının önəminə diqqət çəkmək, eləcə də mümkün problemlərin erkən mərhələdə aşkarlanmasına töhfə verməkdir.

Məlumat üçün bildirək ki, Bank of Baku öz strateji inkişaf planında insan kapitalının gücləndirilməsinə və əməkdaş rifahına yönəlik təşəbbüslərə xüsusi yer ayırıb.

Siyahıya geri dön