Ölkə bankları 2025-ci il üçün 3-cü rüb üzrə maliyyə hesabatlarını açıqlayıb. Nəticələrə əsasən, Azərbaycanda istehlak krediti portfelinə görə ilk üçlükdə olan banklar müəyyən olunub:
1. Kapital Bank
2. ABB Bank
3. Bank of Baku
Belə ki, nəticələrə əsasən, Kapital Bank bu istiqamətdə 3 milyard 131 milyon manatlıq istehlak kreditləri portfeli ilə siyahıya liderlik edir. Bankın ümumi kredit portfeli 5,4 milyard manat təşkil edir. Bu ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6,2 % artım deməkdir.
ABB Bank isə 1 milyard 998 milyon manatlıq istehlak kreditləri ilə ikinci yerdə qərarlaşıb. Bankın ümumi kredit portfeli 6,8 milyard manat səviyyəsindədir. Ötən il ilə müqayisədə istehlak kreditləri üzrə illik artım 11 % təşkil edir.
Üçlüyün üçüncü pilləsində Bank of Baku qərarlaşıb. Belə ki, bankın istehlak kreditlərinin həcmi 673 milyon 232 min manat təşkil edir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% artım deməkdir. Bankın ümumi kredit portfeli 872 milyon 371 min manat təşkil edir.
Bankların istehlak kreditlərinə əhalinin bu formada artım dinamikası ilə maraq göstərməsini bankların müştərilərə yönəlmiş düzgün siyasətinin nəticəsi kimi analiz etmək olar.
Hər üç bankın eyni zamanda xalis mənfəətində də artım müşahidə olunur. Belə ki, ötən ilin cari dövrü ilə müqayisədə Kapital Bankın xalis mənfəəti 37,9% artaraq 229 milyon 129 min manat, ABB Bank-da 11,2 % artaraq 261 milyon 323 min manat, Bank of Baku da isə 20 % artaraq 24 milyon manat olub. Bu da bankların gəlirliliyinin dayanıqlılığını təsdiqləyir.