Bank of Baku- Sizə yaxın bankçılıq.

Nağd pul krediti

Biznes kreditləri

Kartlar

Bolkart kredit

Bolkart debet

Depozit

Dostbank

Kredit kalkulyatoru

Onlayn kredit

İnsan resursları

Xəbərlər

Əmanətlər

Kampaniyalar

Bank of Baku

Filiallar və ATM

Pul köçürmələri

AxtarışBağla

Bank of Baku qan donorluğunun əhəmiyyətini vurğulayıb – qanvermə aksiyası keçirib

Bank of Baku qan donorluğunun əhəmiyyətini vurğulayıb – qanvermə aksiyası keçirib

Biznes fəaliyyətində korporativ sosial məsuliyyəti də daima diqqətdə saxlayan Bank of Baku növbəti könüllü qanvermə aksiyası həyata keçirib.

13 may tarixində Bank of Baku-nun Səhiyyə Nazirliyi Respublika Qan Bankı ilə birgə əməkdaşlığı çərçivəsində baş tutan aksiya talassemiya, hemofiliya və digər qan xəstəlikləri olan insanlara dəstək məqsədi daşıyıb.

 “Qan donorluğu həyat xilas edir!” şüarı ilə baş tutan aksiyada Bank of Baku əməkdaşları könüllü qan donoru olaraq fəal şəkildə iştirak edib. İlkin tibbi müayinədən uğurla keçən əməkdaşlardan həkimlərin nəzarəti altında qan götürülüb. 

Qeyd edək ki, toplanan qan nümunələri Respublika Qan Bankında bir daha müvafiq yoxlamalardan keçirildikdən sonra qana ehtiyacı olan insanlar üçün istifadə ediləcək.

Məlumat üçün bildirək ki, Bank of Baku bir neçə ildir ki, qanvermə aksiyası təşkil edir, bununla da könüllü qan donorluğunun həyati əhəmiyyətini vurğulayaraq insanları qan verməyə təşviq edir.

Return to list