imgimg

Bank of Baku “Dostbank” tətbiqi ilə “YAŞAT” Fonduna ianəyə 5% keşbek

Bank of Baku “Dostbank” tətbiqi ilə “YAŞAT” Fonduna ianəyə 5% keşbek

Bank of Baku-nun “Dostbank” mobil tətbiqi vasitəsilə “YAŞAT” Fonduna ianə edən müştərilər etdikləri ianələrə görə 5% keşbek əldə edəcəklər. İanələri həm Bolkart kredit, həm də Bolkart debet kartı ilə etmək mümkündür. Qazanılacaq keşbek üçün maksimal məbləğ isə 10 AZN təşkil edir. 

Əlavə olaraq, müştərilər “Dostbank” tətbiqində topladıqları keşbek balansını da istədikləri zaman “YAŞAT” Fonduna ianə edə bilərlər. Bu isə müştərilərə heç bir əlavə vəsait ödəmədən, sadəcə topladıqları keşbeklərlə fonda dəstək olmaq imkanı yaradır.

Bank of Baku bu təşəbbüslə rəqəmsal bankçılığın imkanlarını sosial məsuliyyət istiqamətində də tətbiq etməyə və bununla da cəmiyyətə fayda verməyi hədəfləyir.

Məlumat üçün bildirək ki, Bank of Baku 1 milyondan çox müştəri bazasına malikdir. Bank paytaxt Bakı və regionlardan yerləşən ümumilikdə 20 filialında müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

Return to list