Bank of Baku- Sizə yaxın bankçılıq.

Nağd pul krediti

Biznes kreditləri

Kartlar

Bolkart kredit

Bolkart debet

Depozit

Dostbank

Kredit kalkulyatoru

Onlayn kredit

İnsan resursları

Xəbərlər

Əmanətlər

Kampaniyalar

Bank of Baku

Filiallar və ATM

Pul köçürmələri

AxtarışBağla

“Bank of Baku” və "YAŞAT" Fondundan Novruz Sovqatı!

“Bank of Baku” və "YAŞAT" Fondundan Novruz Sovqatı!

Həyata keçirdiyi sosial yönümlü layihələri ilə hər zaman örnək olan Bank of Baku, bu dəfə vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrini və həyatını torpaq uğrunda qurban verməyə hər zaman hazır olan qazilərimizi ziyarət etdi.

Belə ki, bank “YAŞAT” Fondunun təşkilati dəstəyilə Novruz bayramını bütöv Azərbaycanda qarşılamağı bizə nəsib edən şəhidlərimizin ailələrinə və ağır yaralanan qazilərimizə Novruz sovqatı təqdim etdi. 


Novruz bayramı ərəfəsində icrasına start verilən layihənin əsas məqsədi, şəhid ailələri və yataq şəraitində müalicə alan ağır yaralı qazilərimizi diqqət mərkəzində saxlamaq və onları daim sosial qayğı ilə əhatə etməkdir. 


Bank of Baku, gələcəkdə də bu istiqamətdə layihələri davamlı olaraq həyata keçirilməsini planlaşdırır və “YAŞAT” Fondu ilə birlikdə daha geniş miqyasda əməkdaşlıq etmək niyyətindədir. 


Bu günə qədər Bank tərəfindən icra olunan sosial layihələr və bankın təqdim etdiyi xidmət və məhsullar haqqında ətraflı məlumatla https://www.bankofbaku.com/ səhifəsinə daxil olaraq tanış ola bilərsiniz. 

Вернуться к списку