Bank of Baku- Sizə yaxın bankçılıq.

Nağd pul krediti

Biznes kreditləri

Kartlar

Bolkart kredit

Bolkart debet

Depozit

Dostbank

Kredit kalkulyatoru

Onlayn kredit

İnsan resursları

Xəbərlər

Əmanətlər

Kampaniyalar

Bank of Baku

Filiallar və ATM

Pul köçürmələri

AxtarışBağla

“Bank of Baku”dan könüllü qanvermə təşəbbüsü

“Bank of Baku”dan könüllü qanvermə təşəbbüsü

Bank of Baku mütəmadi qan ehtiyacı olan insanlara dəstək məqsədilə “Qanında həyat var!” şüarı ilə bu il də yenidən qanvermə aksiyası təşkil edib. 

19 iyunda “Respublika Qan Bankı” PHŞ ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan aksiyada bankın rəhbər şəxsləri və əməkdaşları iştirak edərək könüllü qan veriblər. 

Qan donoru olmaq istəyən hər bir əməkdaşın ümumi sağlamlıq vəziyyəti Respublika Qan Bankının peşəkar həkim-hemotoloqları tərəfindən hərtərəfli dəyərləndirilib və qan verməyə uyğun olan şəxslərdən tibbi briqdanın nəzarətində qan alınıb. 

Qeyd edək ki, götürülmüş qan nümunələri Respublika Qan Bankında bir daha müvafiq yoxlamalardan keçdikdən sonra qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə ediləcək.

Bank of Baku bu cür layihələrlə cəmiyyətin rifahı naminə birgə fəaliyyətin önəmini bir daha vurğulayır və bənzər sosial layihələrini gələcəkdə də davam etdirməyi planlaşdırır.

Вернуться к списку