Avans ödənişin geri qaytarılması zəmanəti. Bu zəmanət növü satıcının malın, işin və xidmətlərin təmin edilməsi üzrə öhdəliklərinə əsasən əvvəlcədən ödənişin (avans ödənişin) qaytarılmasıdır. Satıcının (Applikantın) öhdəliklərini icra etmədiyi hallarda avans ödənişinin geri qaytarılması üçün təminatdır.
Müqavilənin yerinə yetirilməsi qarantiyası. Müqavilə əsasında xidmətlərin vaxtında göstərilməsi və çatdırılmasını təmin etmək üçün müqavilənin yerinə yetirilməsinin bank qarantiyasıdır.
Ödəniş zəmanəti. Malların və xidmətlərin ödənilməsi üzrə öhdəliklərin təmin edilməsi üçün istifadə olunan Bank zəmanətinin növüdür. Əsasən, ödəniş zəmanəti ticarət kreditinin alınması ücün istifadə olunur.
Rezervli akkreditiv. Bu bank emitent, benefisiar (idxalçı, təchizatçı) qarsısında olan yazılı öhdəlikdir. Sifarişçiyə (idxalçıya, alıcıya) müqavilə öhdəliklərini yerinə yetirmədikdə benefisiar ödəniş üçün yazılı müraciət təqdim etməlidir.