Məhdudiyyətlərə meydan oxuyaq!

Layİhə haqqında

Layihə Bank of Baku tərəfindən fiziki məhdudiyyəti olan gənclər üçün nəzərdə tutulub. 1 ay ərzində fiziki məhdudiyyəti olan gənclərə müxtəlif ixtisaslar üzrə təcrübəli mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Təlimlər həftənin 1-5 günləri keçiriləcək. Təlimləri uğurla bitirən gənclər haqqında məlumat,o cümlədən təhsilləri və xüsusi istedadları haqqında məlumat saytımızda və sosial şəbəkələrdəki səhifələrimizdə yerləşdiriləcək. Bu yolla onlara iş tapmağa köməklik edəcəyik.

Təlimlərlə bağlı suallarınız üçün ksm@bankofbaku.com ünvanına yaza, 012 447 00 55 (daxili 857) və ya 145 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.

Əgər Siz də məhdudiyyətlərə meydan oxuyursunuzsa, bizim təlimlərə qatıla bilərsiniz! Aşağıdakı sorğu formasını doldurub bizə göndərdikdən sonra əməkdaşlarımız Sizinlə əlaqə saxlayacaqlar.

Təlİmçİlərİmİzİ tanıyaq!
Gənc təlimçilərimizin hər biri öz sahəsinin peşəkarıdır. Təlimlər Məlumat Mərkəzi işi, İT texniki dəstək, Sosial şəbəkələr və saytların idarə edilməsi, Bloqçuluq, Psixologiya mövzularını əhatə edəcək və təcrübələr paylaşılacaqdır.

Sosİal şəbəkələrdə layİhə haqqında fİkİrlərİnİzİ paylaşın.
Facebook
Twitter
Instagram
YouTube
Google Plus
LinkedIn