Все категории
Все категории
Все категории
Banners main page
О банке
Корпоративные услуги
Карты
Кредиты
Вклады
Срочные денежные переводы
Онлайн сервисы
Новости
Bankımız mediada
Клуб лояльности
Расчётно-кассовые операции
Документарные операции
Обзорная информация по обращениям потребителей
Объявления
Реальные истории
Филиалы и банкоматы
Видео
Selectors
Дебетные карты
Локальные карты
Кредитные карты
Для бизнеса
Кредиты наличными
Кредитные карты
Ипотека
Бизнес кредиты
В какое время?
Срок службы:
Понедельник - пятница (10:00-18:00)

Alış-verişinizi Avropada edin, ödədiyiniz ƏDV məbləği kartınıza geri gəlsin!

Ölkənin aparıcı banklarından olan Bank of Baku müştərilərinin qarşısına daha bir yeniliklə gəlir. Artıq Avropada etdiyiniz alış-verişlərin ƏDV məbləği yenidən özünüzə qayıdacaq.

Belə ki, Bolkartla Avropa ölkələrində xərclədiyiniz vəsaitin 19%-ni TaxFree4U-dan geri ala biləcəksiniz.

Bunun üçün,

  • Android və İOS dəstəkli mobil telefonlardan TaxFree4U mobil tətbiqini yükləyin və qeydiyyatdan keçin;
  • PromoKod hissəsində BankofBaku qeyd edin;
  • Xarici Pasportunuzun şəklini yükləyin;
  • Səyahətiniz haqqında məlumatları daxil edin;
  • Alış-veriş qəbzlərinin fotolarını TaxFree4U mobil tətbiqə yükləyin;
  • TaxFree4U xidməti tərəfindən e-poçt ünvanınıza göndərilmiş bəyannaməni çap edin;
  • Hava limanında gömrük rəisinə bəyannamənizə möhür vurdurun;
  • Möhürlənmiş bəyannaməni və qəbzlərin həqiqi nüsxələrini Hava Limanında TaxFree4U qutusuna atın.

Alış-veriş qəbzləri və bəyannamə nəzərdən keçirildikdən 48 saat sonra xərcinizin 19%-i kart balansınıza geri qaytarılacaq. Bu xidmət sayəsində növbə gözləməyə, əlavə sənəd yığmağa ehtiyac qalmadan vəsaitinizi geri ala biləcəksiniz.

TaxFree4U tətbiqini yüklədiyiniz zaman BankofBaku promo kod daxil etməklə ilk dəfə ƏDV-nin geri ödənilməsi zamanı əlavə olaraq 5 avro qazanc əldə edəcəksiniz.

TaxFree4U xidməti onlayn alış-verişlərə şamil edilmir.

TaxFree4U xidmətindən İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Almaniya və Finlandiyada etdiyiniz alış-verişlər zamanı yararlana bilərsiniz. Bu imkandan yararlanmaq üçün xüsusi TAX FREE stikerləri olan mağazalardan alış-veriş etməlisiniz.

TaxFree4U mobil tətbiqini iOS sistemində yükləmək üçün:
https://itunes.apple.com/app/taxfree4u/id1081482540?mt=8

TaxFree4U mobil tətbiqini Android sistemində yükləmək üçün:
https://play.google.com/store/apps/details?id=eu.taxfree4u.client

Daha ətraflı məlumat üçün 145 Məlumat mərkəzinə müraciət edə bilərsiniz.