RU
Loyallıq klubu

Dostlar Klubu - Bank of Baku ilə 12 ay və daha artıq müddətdə əməkdaşlıq edən və müsbət kredit tarixçəsinə malik müştərilər üçün imtiyazlar təqdim edən virtual klubdur.

"Dostlar klubu" nədir?

“Dostlar klubu” – Müştərilərə xüsusi imtiyazlar təqdim edən virtual klubdur.

"Dostlar klubu"nun imtiyazları:

  • Təcili hallar üçün xüsusi ekspress kredit xətti
  • Kredit ödənişləri üzrə bonusların hesablanması
  • Kredit kamissiyalarının hesablanmış bonuslar qədər azaldılması

"Dostlar klubu"nun kart növləri:

Yeni müştərilər, adi tarixçəli müştərilər, Bank of Baku ilə əməkdaşlıq müddəti 35 aya qədər olan dövrü əhatə edən müsbət, hədəf və hədəf+ tarixçəli müştərilərə – Gümüş, əməkdaşlıq müddəti 36-59 ay arası olan müsbət, hədəf və hədəf+ tarixçəli müştərilərə – Qızıl, əməkdaşlıq müddəti 60 ay və daha çox olan müsbət, hədəf və hədəf+ tarixçəli müştərilərə isə Brilliant kart təqdim edilir.

"Dostlar klubu"na necə üzv olmali və imtiyazlardan necə yararlanmalı?

"Dostlar klubu"na həm yeni həm də Bankın təkrar müştəriləri üzv ola bilərlər.Bankla əməkdaşlıq müddəti artdıqca “Dostlar Klubu”nun üzvləri daha çox imtiyaz və güzəştlər əldə edə bilərlər.

“Dostlar klubu”nun xüsusi ekspres xətti limitləri

Kartların növlərindən aslı olaraq təcili kredit xəttinin limiti dəyişir və bu limitlər aşağıdakı kimi müəyyən edilir:

  • Gümüş kart - 200 AZN-dək
  • Qızıl kart - 300 AZN-dək
  • Briliant kart - 400 AZN-dək

“Dostlar klubu”nun xüsusi ekspres xətti limitləri üzrə ödəniş qaydaları

Müştəri öz istəyi əsasında express xətti üzrə borcu ayın 10-dək ya tam ödəyə bilər ya da hesablanmış komissiyanı ödəməklə, borc məbləğinə yuxarıda qeyd edilmiş intervala uyğun komissiya hesablanmaqla borcun ödənilməsini kartın qüvvədə olma müddətinədək hər növbəti ayın 10-dək ertəliyə bilər.

Qeyd:
Seçim imkanı müştərilərə 09 iyun 2014-cü il tarixindən etibarən verilmişdir və bütün Dostlar Klubu sahiblərinə keçərli deyil.

Bu ödəniş qaydası ilə borclarını kimlər ödəyə bilər?

  • 07.02.2014-cü il tarixindən başlayaraq Dostlar Klubu kartlarını rəsmiləşdirmiş müştərilər;
  • 08.06.2014-cü il tarixinədək Dostlar Klubu kart müqaviləsini Yenilənmiş müştərilər.