Tələblər
- Ali iqtisadi təhsil və ya MBA üzrə magistr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili - əla, ingilis dili – yaxşı, (rus dili - yaxşı, üstünlükdür)
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Komanda halında işləyə bilmək və operativ olmaq
- Bank sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
Əsas vəzifə və öhdəliklər
- KOS və korporativ müştərilərin kreditləşməsinə dair təlimatda göstərilən qayda və prosedurlara uyğun sənədləri vaxtında və lazımi səviyyədə icra etmək
- Müştərinin təqdim etdiyi məlumatların yoxlanılması məqsədilə KOS və korporativ müştərilərin biznes obyektlərinə baxış keçirilməsi
- KOS və korporativ layihələr üzrə maliyyə təhlilini aparmaq
- Kredit memorandumunu və müvafiq sənədlərin digər müşayiətedici materiallarını hazırlamaq
- Bankın KOS və korporativ müştəriləri ilə kredit əməliyyatlarının monitorinqi prosedurunu tənzimləyən Bankın daxili sənədlərinə uyğun olaraq monitorinqi aparmaq
- İş yeri: Baş İdarə
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
MÜRACİƏT QAYDASI
Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Korporativ kreditlərin təhlili bölməsinin aparıcı eksperti qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.