Bank of Baku-nun Qətərdə baş tutan futbol üzrə 2022-ci il dünya çempionatına özəl olaraq keçirdiyi lotereya artıq başa çatdı.
Lotereyanın qaliblərinin seçim prosesi 27 dekabr 2022-ci il tarixində saat 10:30-da Xəzər TV-də baş tutacaq.
Bütün DostBank istifadəçilərinin ştirak etdiyi lotereyanın qaliblərini aşağıdakı hədiyyələr gözləyir:
- Futbol üzrə 2022-ci il dünya çempionatının qalibi olmuş ölkəyə 2 nəfərlik səyahət paketi (aviabilet, mehmanxana,transfer,səhər yeməyi, viza dəstəyi);
- 2022 AZN pul mükafatı;
- 5 ədəd - Futbol üzrə 2022-ci il dünya çempionatının qalibi olmuş ölkənin futbol komandasının rəsmi uniforması;
- 10 ədəd - Futbol üzrə 2022-ci il dünya çempionatının futbol topu.
Qeyd edək ki, lotereyanın şərtlərinə əsasən DostBank-da minimum 10 AZN ödəniş və hər 50 AZN-lik uğurlu kredit ödənişi lotereyada 1 iştirak şansı qazandırıb. Bir müştəri ödənişlərinə əsasən birdən çox şans əldə edə bilər.
Aşağıdakı cədvəldə müştərilər qazandıqları şans sayına əsasən sıra nömrələrini və müştəri kodlarını görə bilərlər.
Listə qayıt