img
AZ

Bolkart debet kartlarının şərtləri yeniləndi: HƏR YERDƏ 3% KEŞBEK!

img

Müştərilərinin arzu və istəklərini hər zaman əsas tutan Bank of Baku, bu dəfə Bolkart debet kart sahiblərinin ürəyindən xəbər verəcək yeniliklərə imza atdı.

Belə ki, bank Bolkart debet kartı üzrə şərtləri yenilədi və yeni üstünlüklər gətirdi: 

  • Hər alış-verişdə 3% KEŞBEK:

Artıq Bolkart debet kart sahibləri HƏR YERDƏ 3% KEŞBEK qazanacaqlar. Yəni, istər geyim, istər elektronika mağazaları, istər market, istər yanacaq doldurma məntəqəsi olsun, məkan fərqi olmadan müştərilərin etdiyi bütün alış-verişlər onlara 3% KEŞBEK qazandıracaq. 

Qeyd edək ki, bankın elan etdiyi xüsusi kampaniyalarda müştərilər hər yerdə 5% KEŞBEK əldə edəcək.

Qeyd olunan şərtlər nağd əməliyyatlarda, kredit, nəqliyyat, rabitə, dövlət və kommunal, istiqraz, cərimə, məhkəmə, mərc oyunları, kuryer xidmətlərinə şamil olunmur.

  • KOMİSSİYASIZ PUL KÖÇÜRMƏ:

İndi, Bank of Baku-nun müştəriləri Bolkart debet kartından istənilən ölkədaxili bank kartlarına KOMİSSİYASIZ pul köçürə biləcək.

  • PULSUZ kart:

Müştərilər bankın Bolkart debet kartlarını PULSUZ əldə edəcəklər.  

  • 5% GƏLİR:

Bolkart debet kart sahibləri illik 5% gəlir əldə edəcəklər. İllik 5% gəlir qazanmaq üçün Bolkart debet kart sahiblərinin balansında minimum 100 AZN vəsaitin olması kifayətdir. 

Bolkart debet kartını əldə etmək istəyənlər bankın istənilən filialına yaxınlaşa, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya, “WhatsApp-dan-(+99450)447-00-55 müraciət edə və ya onlayn kart sifarişi (http://bolkart.az/az/card-order) bölməsindən sifariş yerləşdirə bilər. 

Bolkart haqqında daha ətraflı məlumatla bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bolkartın rəsmi veb səhifəsinə - www.bolkart.az və ya rəsmi Facebook səhifəsinə - www.facebook.com/Bolkart/  daxil olaraq tanış olmaq olar. 

Listə qayıt