AZ
İnternet bankçılıq

İnternet Bankçılıq, cari hesab, kart, əmanət, kredit hesabı sahiblərinin internet vasitəsilə öz hesabları üzrə aparılan pul dövriyyələrinin izləməsinə, həmçinin online ödənişlər etməyə, ödənişlərin tarixçəsini görməyə, kartdan karta pul köçürməsini etməyə, əmanət məbləğini artırmaya, bank daxili və xarici pul köçürmələrə imkan verən proqram təminatıdır. Bu proqram vasitəsi ilə Siz, günün istənilən saatı banka gəlmədən birbaşa internet vasitəsi ilə öz hesablarınız üzrə aparılan dövriyyələr barədə məlumat əldə edə və müxtəlif əməliyyatlar icra edə bilərsiniz.

img
Qoşulma üsulları
  • İnternet Bankçılığa qoşulmaq üçün Siz “Bank of Baku”nun istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb İ-bankçılıq üzrə əməkdaşlıq müqaviləsini imzalamaqla qoşula bilərsiniz.
  • İnternet Bankçılığa həmçinin filiala yaxınlaşmadan, 145 Məlumat Mərkəzinə zəng etməklə qoşula bilərsiniz. Bu halda, Dostlar Klubu kart sahibləri və 17.04.2015-cı il tarixindən sonra hər hansı bir kredit məhsulunu alan və ya carı, əmanət hesabını açan müştərilər tam istifadə hüququna malik olacaqlar. Bütün digər müştərilər isə natamam istifadə hüququna malik olacaqlar (Həmin müştərilər tam istifadə hüququna keçmək üçün filiala yaxınlaşıb mütləq İ-bankçılıq üzrə əməkdaşlıq müqaviləsini imzalamalıdırlar.)
  • 145 Məlumat Mərkəzilə əlaqə saxlanıldıqda aşağıdakı məlumatların qeyd olunması mütləqdir: - Soyad, ad və ata adı - Əsas mobil nömrə (mobil nömrə Bank of Bakunun müştəri bazasında olan nömrəyə uyğun olmalıdır) - Şəxsiyyət vəsiqəsinin PİN kodu - Kart və ya hər hansı digər hesab nömrəsi Qeyd olunan məlumatlar yoxlanıldıqdan sonra kod və şifrə müştərinin mobil nömrəsinə göndərilir.
Natamam və Tam istifadənin fərqi:
  • Natamam istifadə hüququna malik müştərilər cari, kredit, kredit kartlar, debet kartlar və deposit hesablarına nəzarət edə, kredit ödənişi həyata keçirə, ödənişlərinizin tarixçəsinə baxa və bu kimi digər online əməliyyatlar icra edə bilərlər.
  • Asan İmzanız olduğu halda həmçinin Bank daxili və Bank xarici (Ölkə daxili) hesablara pul köçürmələrini edə bilərsiz.
  • Sistemə daxil olmaq üçün bank tərəfindən təqdim olunmuş Müştəri kodu və İstifadəçi şifrəsi və ya ASAN İMZADAN istifadə olunmalıdır.
  • Sahibkarlar və hüqüqi şəxslər Asan imza vasitəsilə pul köçürmələrini tam limitsiz edə bilərlər.
  • Gündəlik maksimal əməliyyat sayı 3 dəfə, Aylıq maksimal əməliyyat sayı 30 dəfə.
  • Tam istifadə hüququna malik olmaqla natamam rejimdən fərqli olaraq əlavə aşağıdakı xidmətlərdən də yararlanmaq olar: - Online ödəmələr - Kartdan karta pul köçürməsi - Kartın blok edilməsi - Əmanətin artırılması - Kommunal xidmətlərin avtomatik ödənişi - Avtomatik kredit ödənişi - Contact təcili pul köçürmə sistemilə 8 ölkəyə pul köçürülməsi - Və s. pul əməliyyatlarına aid funksionallar