Bank of Baku futbol azərkeşlərinin ürəyindən xəbər verəcək lotereya kampaniyasına start verir..
Siz də səyahət, pul mükafatı və bir çox hədiyyələrə sahib olmaq istəyirsinizsə, Bank of Baku-nun xidmət və məhsullarından faydalanaraq bankın müştərisinə çevrilin, DostBank-dan qeydiyyatdan keçib ödəniş edərək lotereyada iştirak edin.
Kampaniya müddəti: 20 noyabr - 20 dekabr
Hər kəsə uğurlar.
Lotereyanın şərtlərini təqdim edirik:
Lotereya biletinin sənəd, ona bərabər tutulan məlumat daşıyıcıları və ya elektron kod formasında olması və onların əldə edilməsi qaydaları haqqında məlumat
20 noyabr 2022-ci il – 20 dekabr 2022-cü il tarixləri arasında “Bank of Baku” ASC-ə məxsus mobil tətbiq olan DostBankda aşağıda göstərilmiş şərtlərdə ödəniş etmiş, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı olan və lotereyanın şərtlərinə uyğun əməliyyatlar həyata keçirən Dostbanklılar üçün nəzərdə tutulmuş stimullaşdırıcı, tirajlı lotereyanın iştirakçısına çevrilir.
Dostbank mobil tətbiqində edilən hər 10 AZN-lik uğurlu ödəniş, lotereyada 1 iştirak şansı verir. Toplamda hər 10 AZN-lik ödənişlərə 1 iştirak şansı verən əməliyyatlara daxildir:
-Mobil operator ödənişləri
-Kommunal xidmət ödənişləri
-İnternet provayder ödənişləri
-TV provayder ödənişləri
-Büdcə ödənişləri
-Stasionar telefon ödənişləri
Dostbank mobil tətbiqində edilən hər 50 AZN-lik uğurlu ödəniş, lotereyada 1 iştirak şansı verir. Toplamda hər 50 AZN-lik ödənişlərə 1 iştirak şansı verən əməliyyatlara daxildir:
-Bank of Baku ASC üzrə kredit ödənişləri
-İpoteka və kredit zəmanət fonduna məxsus kredit ödənişləri
-Baku electronics MMC və Bank olmayan kredit təşkilatları “TCF” ASC ,“Embafinans” QSC məxsus kredit ödənişləri
Yalnız eyniləşdirilmiş fiziki şəxs olan müştərilər (müştərinin ş/v-nin FİN kodu ilə) lotereyada iştirak edə bilər. Məsələn
Lotereya müddəti ərzində hər həftə müştərilərə hər kart üzrə SMS və ya Dostbank mobil tətbiqinin Push bildirişləri vasitəsilə ümumi əldə etdiyi şansların sayı barədə məlumat göndəriləcək.
Lotereyanın oynanılması və uduşun müəyyən edilməsi qaydaları haqqında məlumat
-Bir müştəri lotereyada yalnız bir dəfə qalib ola bilər;
-Bank of Baku ASC əməkdaşları lotereyada iştirak etmir.
-Lotereya 20 dekabr 2022-cü il tarixində başa çatdıqdan sonra, 25 dekabr 2022-cü il tarixində 1 dəfəlik tirajla qaliblərin seçimi həyata keçiriləcək.
-Tirajın oynanılacağı tarix, saat barədə müştərilərə SMS və ya Dostbank mobil tətbiqinin “push” bildirişləri vasitəsilə məlumat göndəriləcək.
-Qalibin seçilməsi proseduru www.random.org saytı vasitəsilə Bankın sosial media hesablarından olacaq canlı yayımla açılanacaqdır. Hər bir müştərinin şəxsiyyət vəsiqəsinin FİN kodu qazandığı iştirak şansı qədər lotereyaya daxil ediləcəkdir. -Toplamda olacaq sütünların sayı canlı yayımda www.random.org saytında aralıq olaraq qeyd ediləcək və təsadüfi seçimlə qalib təyin olunacaqdır.
-Hər nominasiya üzrə uduş elan olunacaq və lotereya oyunu keçiriləkdir. Qaliblər müəyyən olunduqdan sonra növbəti uduşa keçid ediləcəkdir.
Lotereyanın uduş fondu haqqında
Qalib olmuş şəxslər üzrə hədiyyələr aşağıdakılar olacaqdır.
-1(bir) nəfər - Futbol üzrə 2022-ci il dünya çempionatının qalibi olmuş ölkəyə 2 nəfərlik səyahət paketi (aviabilet, mehmanxana,transfer,səhər yeməyi, viza dəstəyi) ,
-1(bir) nəfər - 2022 AZN pul mükafatı ( vergilər Bank tərəfindən ödəniləcəkdir)
-5 nəfər - Futbol üzrə 2022-ci il dünya çempionatının qalibi olmuş ölkənin futbol komandasının rəsmi uniforması
-10 nəfər - Futbol üzrə 2022-ci il dünya çempionatının futbol topu
Uduşlu lotereya biletlərinin lotereya təşkilatçısı tərəfindən qəbulu (elektron biletlər üzrə təsdiqi) və uduşların verilməsi (ödənilməsi) müddəti və qaydası haqqında məlumat.
-Bank uduş fondu oynanıldığı tarixdən etibarən (25.12.2022) 30 iş günündən gec olmayaraq hədiyyələri artıq müəyyən olunmuş qaliblərə onların şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqələri) əsasında təqdim edəcək.
-90 iş günü ərzində müştərinin tapılmaması, Bankla əlaqə saxlamaması, yaxud hədiyyəsini götürməməsi halında müvafiq hədiyyə Bank of Bakunun-ın uduş fondu balansına keçəcəkdir.
-Qaliblərin məlumatları (ad, soyad və ata adının ilk hərfləri, telefon nömrəsini bəzi rəqəmləri şifrələnmiş şəkildə) sosial mediada canlı yayımda görünəcək.
-Qaliblərlə Bankın Məlumat Mərkəzi əlaqə yaradacaq. Bütün hədiyyələr Bank of Bakunun baş ofisində (Atatürk pr 42) qaliblərə təqdim ediləcək.
-Uduş fondu oynanıldıqdan sonra qaliblərə SMS və ya Dostbank mobil tətbiqinin “push” bildirişləri vasitəsilə məlumat göndəriləcək.