Ölkənin aparıcı banklarından olan Bank of Baku ilə Azərbaycan Respublikasının Nizamnaməsi əsasında fəaliyyət göstərən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalandı.
Memorandum Bank of Baku-nun İdarə Heyəti sədri Yunus Emre Filiz UNEC-in rektoru professor Ədalət Muradov arasında imzalanıb.
Memorandum Bank of Baku və UNEC arasında münasibətləri təmin etməklə tələbələrə Bank of Baku-nun əməkdaşları tərəfindən Azərbaycan Respublikasının bank sistemi, banklarla onların müştəriləri arasında münasibətlər, bank fəaliyyətinin həyata keçirilməsinə dair ümumi qaydalar və banklarda innovativ bank məhsul və xidmətləri üzrə elmi-praktiki məlumatların inkişafı üçün təlimlərin həyata keçirilməsi, onların bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası, reklam və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edilməsinə yönəlmişdir.
Memorandum çərçivəsində, tələbələr üçün təcrübə proqramlarının təşkili, layihə və konfransların, təlimlərin və seminarların həyata keçirilməsi, bank mütəxəssislərinin müvafiq təlim-tədris proseslərinə mühazirəçi, praktiki məşğələ aparan və s. qismində cəlbi, UNEC-də “Karyera günləri”nin keçirilməsi və s. nəzərdə tutulur.
Listə qayıt