Currency rates Call you back
Feedback
All sections
All sections
All sections
Banners main page
About the bank
Corporate banking
Cards
Deposits
Urgent money transfers
Online services
News
Bankımız mediada
Loyalty club
Cash operations
Documentary operations
Announcements
Branches and ATMs
Videos
Selectors
Ads
Debet cards
Local cards
Credit cards
For business
When
Service time
Monday - Friday (10: 00-18: 00)

Bolkartla bayram bayrama qarışacaq!

22 May 2020

Ölkənin müştərilərinə ən yaxın bankçılıq xidməti göstərən bankı Bank of Baku-nun, məhz Bolkartlılara özəl olaraq start verdiyi kampaniya ilə bayram bayrama qarışacaq. Ramazan Bayramı, Respublika Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkənin ilk taksit kartı ilə alış-veriş edənlər, həm sərfəli alış-verişdən zövq alacaq, həm də hədiyyələrlə sevinəcək.

Belə ki, 22 may – 1 iyun tarixlərində Bolkartın partnyorlarında alış-veriş edən Bolkart taksit kart sahibləri ödəniş müddətinə +2 ay HƏDİYYƏ qazanacaqlar. Yəni, müştərilər 3, 6, 9, 12 və ya 18 ay müddətinə aldıqları məhsulun xərcini daha uzun müddətə - 5, 8, 11, 14 və ya 20 aya hissə-hissə ödəyə biləcəklər.

Bolkart sahiblərinin bayram sevinci sadəcə bununla bitmir. Belə ki, kampaniya müddəti ərzində gözəllik salonu, geyim, market və restoranlarda ümumilikdə 300 AZN və daha çox alış-veriş edən,

  • Bolkart taksit kart sahibləri 20 AZN BAL;
  • Bolkart debet kart sahibləri isə 10 AZN BAL HƏDİYYƏ qazanacaq.

Məlumat üçün bildirək ki, 1 BAL=1 AZN dəyərindədir. Yəni, 20 AZN BAL qazanmış müştəri Bolkartın keçərli olduğu partnyor mağazalarda 20 manatlıq alış-veriş edə və ya Bank of Baku-nun DostBank mobil tətbiqi vasitəsilə kommunal və ya digər ödənişlərini həyata keçirə bilər.

Qeyd edək ki, qazandığı BAL-lara, cari və kart hesablarına nəzarət etmək istəyən müştərilər DostBank mobil tətbiqini həm Android, həm də iOS əməliyyat sistemindən yükləyə bilərlər.

Bolkart sahibi olmaq istəyən şəxslər Bank of Baku-nun filiallarına yaxınlaşa, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya və yaxud da Bolkart sifarişi bölməsindən - https://bit.ly/2ZpKnZ4 onlayn müraciət edə bilərlər.

Kampaniya haqqında daha ətraflı məlumatla bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bolkartın rəsmi veb səhifəsinə - www.bolkart.az və ya rəsmi Facebook səhifəsinə - www.facebook.com/Bolkart/ daxil olaraq tanış olmaq olar.

Bank of Baku © 2020
Site by Jeykhun Imanov Studio