Currency rates Call you back
Feedback
All sections
All sections
All sections
Banners main page
About the bank
Corporate banking
Cards
Deposits
Urgent money transfers
Online services
News
Bankımız mediada
Loyalty club
Cash operations
Documentary operations
Announcements
Branches and ATMs
Videos
Selectors
Ads
Debet cards
Local cards
Credit cards
For business
When
Service time
Monday - Friday (10: 00-18: 00)

Bolkart “Gənclər Günü”ndə gəncləri sevindirir!

30 January 2020

Nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində mühüm işlərə imza atan ölkənin aparıcı bankı Bank of Baku, Gənclər Günü münasibətilə ölkənin ilk taksit kartı olan Bolkart müştərilərinə özəl olaraq yeni kampaniyalara start verir.

“Gənclər Sevinsin” şüarı altında keçirilən aşağıdakı kampaniyalarda Bolkart Gənc debet və ya Bolkart Gənc taksit kart sahibləri iştirak edə bilər:

1. Muzeylərdə 100% BAL!

01 – 02 fevral 2020-ci il tarixlərində Bolkart Gənc kartı ilə “Qız Qalası” və “Şirvanşahlar Sarayı” muzeylərinə bilet alan Bolkartlılar, aldıqları biletin dəyəri müqabilində 100% BAL (CashBack) qazanacaq.

Qeyd edək ki, 1 BAL = 1 AZN dəyərindədir və BAL-lar Bank of Baku-nun bütün Bolkart partnyor mağazalarında alış-veriş üçün keçərlidir.

2. Kino bileti alana Popcorn HƏDİYYƏ!

Park Cinema kinoteatrlarında bilet alan Bolkart Gənc debet və ya taksit kart sahiblərinə aldıqları hər bir biletə görə 1 ədəd popcorn HƏDİYYƏ olunacaq. 01 – 02 fevral tarixlərində keçərli olan kampaniya pos-terminal vasitəsilə edilən ödənişlərə şamil olunur.

Qeyd edək ki, Bank of Baku 14 fevral – Sevgililər Gününə özəl olaraq kampaniya elan edir. Belə ki, 01 – 10 fevral tarixlərində Bolkart taksit və ya debet kartı ilə ən çox alış-veriş etmiş bir Bolkartlı Bank of Baku-dan Gate25 restoranına 200 AZN dəyərində hədiyyə kuponu qazanacaq.

Kampaniyalar haqqında daha ətraflı məlumatla www.bolkart.az saytına daxil ola, Bolkartın rəsmi facebook səhifəsini - www.facebook.com/Bolkart izləyə və ya Bankın 145 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.

Bank of Baku © 2020
Site by Jeykhun Imanov Studio