Currency rates Call you back
Feedback
All sections
All sections
All sections
Banners main page
About the bank
Corporate banking
Cards
Loans
Deposits
Urgent money transfers
Online services
News
Bankımız mediada
Loyalty club
Cash operations
Documentary operations
Announcements
Plastik kartlar
Branches and ATMs
Videos
Selectors
Ads
Card services
Debet cards
Local cards
Credit cards
For business
Virtual cards
Security Requirements
Cash loans
Kredit kartlar
İPOTEKA KREDİTLƏRİ
Business loans
When
Service time
Monday - Friday (10: 00-18: 00)

Bank of Baku “Ümumrespublika Yaşıllaşdırma Marafonu”na qoşuldu!

12 April 2022

Korporativ sosial məsuliyyət proqramı çərçivəsində keçirdiyi layihələri ilə hər zaman cəmiyyətin dəyərlərini qorumağa çalışan Bank of Baku, bu dəfə ətraf mühitin qorunması, ekoloji şəraitin yaxşılaşdırılması məqsədi ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu”na qoşulub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü, IDEA İctimai Birliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər naziri və Nazirliyin digər rəhbər şəxsləri, Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi və Bank of Baku-nun rəhbər və işçi heyəti iştirak ediblər.

Ağacəkmə aksiyası Müşfiqabad qəsəbəsində yerləşən 51.4 hektar ərazidə baş tutub. Bank əməkdaşlarının da iştirak etdiyi aksiya zamanı 8 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 6000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.

Layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalması nəticəsində baş verə biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq etmək və bununla da ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirilməyə töhfə verməkdən ibarətdir.

Bank of Baku-nun keçirdiyi layihələr və bank haqqında ətraflı məlumat almaq üçün 145 Məlumat Mərkəzinə zəng edə və ya bankın rəsmi veb səhifəsinə https://www.bankofbaku.com, Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil ola bilərsiniz.

Bank of Baku © 2022
Site by Jeykhun Imanov Studio