Currency rates Call you back
Feedback
All sections
All sections
All sections
Banners main page
About the bank
Corporate banking
Cards
Deposits
Urgent money transfers
Online services
News
Bankımız mediada
Loyalty club
Cash operations
Documentary operations
Announcements
Branches and ATMs
Videos
Selectors
Ads
Debet cards
Local cards
Credit cards
For business
When
Service time
Monday - Friday (10: 00-18: 00)

Bank of Baku-nun baş sponsorluğu ilə baş tutan Tələbələrarası İntellekt Olimpiadasının qalibləri açıqlandı!

18 June 2019

Hər zaman cəmiyyətin dəyərlərinə dəyər verən və bu istiqamətdə bir çox sosial layihələrə dəstək olan Bank of Baku daha bir layihəyə öz imzasını atdı.

Ölkənin aparıcı və innovativ bankı Bank of Baku-nun baş sponsorluğu, “LEAD Education” Təhsil və İnnovasiya Mərkəzi və “YAP Gənclər Birliyi” və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi ilə keçirilən "Tələbələrarası İntellekt Olimpiadası"nın qalibləri açıqlandı.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş olimpiadanın mükafatlandırma tədbiri 15 iyun tarixində Nizami Kino Mərkəzində baş tutdu.

Qeyd edək ki, ölkə üzrə 23 universitetdən ümumilikdə 10.254 nəfər tələbənin iştirak etdiyi olimpiadada 450 nəfər finala vəsiqə qazanıb. Layihədə birinci yerin qalibi Xəzər Universitetinin I kurs tələbəsi Tamerlan Abdullayev, ikinci yerin qalibi Cəbrayıl rayon sakini, ADA universitetinin I kurs tələbəsi Elvin Quluzadə və üçüncü yerin qalibi isə Bakı Ali Neft Məktəbinin tələbəsi Əsədullah Camalov olub. Qaliblər və finalçılar müxtəlif hədiyyə və sertifikatlarla mükafatlandırılıb.

Bankın baş sponsorluğu ilə baş tutan olimpiadanın əsas məqsədi gənclərdə Azərbaycan tarixinə maraq yaratmaq və onlarda tarixi hadisələrə şüurlu və yaradıcı təfəkkürlə yanaşma imkanı vermək idi.

Bank of Baku © 2019
Site by Jeykhun Imanov Studio