Currency rates Call you back
Feedback
All sections
All sections
All sections
Banners main page
About the bank
Corporate banking
Cards
Deposits
Urgent money transfers
Online services
News
Bankımız mediada
Loyalty club
Cash operations
Documentary operations
Announcements
Plastik kartlar
Branches and ATMs
Videos
Selectors
Ads
Card services
Debet cards
Local cards
Credit cards
For business
Virtual cards
Security Requirements
When
Service time
Monday - Friday (10: 00-18: 00)

8 Martda xanımları Bank of Baku-dan hədiyyələr gözləyir!

5 March 2020

Ölkənin müştərilərinə ən yaxın bankı - Bank of Baku, 8 Mart – Beynəlxalq Qadınlar gününə özəl olaraq zərifliyin, incəliyin təcəssümü olan xanımları sevindirəcək kampaniyalara start verir.

Belə ki, 5, 6, 7 mart tarixlərində 30.000 AZN-dək Nağd Pul Krediti almaq istəyən xanımlara kreditin 8 ayadək faizləri HƏDİYYƏ olunacaq.

Yəni, onlar kredit müddətindən asılı olaraq kreditin 8 ayadək faiz borcundan azad olunaraq, sadəcə əsas borc üzrə tələb olunan məbləği ödəyəcək. Qeyd edək ki, müştərilərə 30.000 AZN-dək Nağd Pul Krediti 48 ay müddətinə, zaminsiz, komissiyasız və sığorta haqqı olmadan təqdim edilir.

Bank of Baku Bolkartlı xanımları və onlara hədiyyə almaq istəyən bəyləri də unutmayıb. Belə ki, Bolkartın partnyor şəbəkəsinə aid mağazalarda Bolkart taksit kartı ilə alış-veriş edən şəxslər 3, 6, 9, 12 və ya 18 aya aldıqları məhsulun ödəniş müddətinə +2 AY HƏDİYYƏ qazanaraq, xərclərini 5, 8, 11, 14 və ya 20 aya hissə-hissə ödəyə biləcəklər.

Bolkart debet kartı ilə restoranlarda, parfümeriya və kosmetika mağazalarında ümumilikdə 300 AZN-lik alış-veriş edən müştərilərə isə 20 AZN BAL HƏDİYYƏ olunacaq.

Məlumat üçün bildirək ki, 1 BAL=1 AZN dəyərindədir. 20 AZN BAL hədiyyə qazanmış müştəri istər Bolkartın keçərli olduğu partnyor mağazalarda yenidən 20 AZN dəyərində alış-veriş edə, istərsə də “DostBank” mobil tətbiqi vasitəsilə kommunal xərclərini ödəyə bilər.

Bolkart kart sahibləri üçün nəzərdə tutulan kampaniyalar 6, 7, 8, 9 mart tarixlərində keçərlidir.

Bank of Baku-nun 8 marta özəl keçirdiyi kampaniyalardan faydalanmaq istəyən şəxslər bankın filiallarına (https://goo.gl/WWSUpa) yaxınlaşa, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya, WhatsApp-dan müraciət edə (+99450 447-00-55) və ya Onlayn kredit sifarişi (https://goo.gl/we7Dov) bölməsinə daxil ola bilərlər.

Kampaniya haqqında daha ətraflı məlumatla Bank of Baku-nun 145 Məlumat Mərkəzinə zəng edərək və ya bankın rəsmi veb səhifəsinə - www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.

Bank of Baku © 2020
Site by Jeykhun Imanov Studio