EN

FAQ

İnternet Bankçılıqda yaradılan imkanlar hansılardır?

Hesablara nəzarət cari hesab, kart, əmanət, kredit hesabı sahiblərinin internet vasitəsilə öz hesabları üzrə aparılan pul dövriyəsinin izlənməsi, ödəniş tarixçəsinə dair məlumatın əldə olunması, həmçinin yeni ödənişlərin həyata keçirilməsi, kartdan-karta pul köçürülməsi, əmanət məbləğinin artırılması, bankdaxili və bankxarici pul köçürmələri, kartın blok edilməsi, kommunal xidmətlərin avtomatik ödənişi, online ödəmələr, avtomatik kredit ödənişi və s. pul əməliyyatlarına aid funksionallar.

İnternet Banking vasitəsilə Ödənişlərin icrasının üstünlükləri nədir?

Həm fiziki, həm də hüquqi şəxslər köçürmələr icra edə bilərlər. Bank of Baku-da olan öz şəxsi hesablarına və digər şəxslərin hesabına, həmçinin ölkədaxili başqa banklarda aktiv olan öz və ya digər şəxslərin hesabına filiala müraciət etmədən daha sərfəli şərtlərlə pul köçürmələrini etmək imkanı yaradır.

Online bankçılıqdan kimlər istifadə edə bilər?

Rezident və ya qeyri rezident, istənilən müştəri banka online müraciət ünvanlaya bilər.

Online müraciət üçün müştəri kimə və hara müraciət etməlidir?

Online müraciət üçün müştəri bankın 145 məlumat xidmətinə və ya bankın portalından bu linkə daxil olmağla (https://www.bankofbaku.com/az/online-services/) müraciət edə bilər.

Hansı məhsullar üçün online müraciət edilə bilər?

Bankın bütün növ məhsulları (kredit və ya xidmət) üçün müştəri online müraciət ünvanlaya bilər.