EN

“Bank of Baku” nağdsız ödənişlər üzrə liderliyini saxlamaqda davam edir!

Azərbaycan Respublikası Mərkəzi Bankının ölkəmizdə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində apardığı fəaliyyət proqramı çərçivəsinə banklar arasında növbəti stimullaşdırıcı kampaniya keçirilmişdir. Ötən illərin nominasiyalarından fərqli olaraq, bu il banklar 4 nominasiyada iştirak ediblər: nağdsız ödənişlər üzrə lider bank, elektron bankçılıq üzrə lider bank, elektron ticarətin inkişafında lider bank və təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank. 

Münsiflər heyətinin qərarına əsasən 2014-cü ilin fəaliyyət hesabatına görə Bank of Baku yuxarıda qeyd olunan 4 nominasiyanın 3-də qaliblər sırasında yer alıb. Belə ki, Bank of Baku 2 nominasiyada, nağdsız ödənişlər üzrə lider bank və təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank seçilərək 1-ci yerə layiq görülmüş, elektron bankçılıq üzrə lider bank nominasiyasında isə 2-ci yerə layiq görülmüşdür. 

Xatırladaq ki, 2013-cü ilin yekun hesabatına əsasən də Bank of Baku nağdsız ödənişlər üzrə 1-ci yerə layiq görülərək lider bank seçilmişdir, elektron bankçılıq üzrə nominasiyada isə 3-cü yerdə qərarlaşmışdır. 

Nağdsız ödənişləri dəstəkləməklə “Bank of Baku”Azərbaycan Respublikası Mərkəzi Bankının ölkədə nağdsız ödənişlərin stimullaşdırılması siyasətinə öz töhfəsini vermiş olur. 

“Bank of Baku”-ya məxsus kredit kartların əksəriyyətini Bolkart, loyal müştərilərə verilən “Dostlar Klubu” kartları, VİSA və MasterCard, həmçinin Mybrand’s və İdeal kobrend kredit kartları təşkil edir. “Bank of Baku”-nun lider bank olmasında Bolkart kredit kartının populyarlığının xüsusi çəkisi var. Belə ki, bu gün yüzminlərlə Azərbaycan vətəndaşı Bolkart-dan istifadə edir. 

“Bank of Baku”-nun kredit kartları barədə daha ətraflı: 145 Məlumat Mərkəzi və www.facebook.com/bankofbaku

“Bank of Baku” has become Azerbaijan’s leading bank in non-cash payments!

“Bank of Baku” is the bank that has contributed the most to the development of non-cash payments among Azerbaijani banks. Thus, “Bank of Baku” won the 1st place in the Central Bank of Azerbaijan’s non-cash payment nomination. The factor used in calculations puts “Bank of Baku” as the bank whose POS-terminals and ATM’s were most used for non-cash transactions relative to the number of plastic cards in circulation. Furthermore, “Bank of Baku” landed the 3rd position in the “Electronic banking leader” nomination. So, “Bank of Baku” has received special certificates denoting its awards in both nominations.

It should be noted that the Central Bank of Azerbaijan has taken a number of actions to expand the scope of non-cash transactions and payments in the country over the past years. “Bank of Baku” has been instrumental in supporting the efforts stimulating non-cash payments country-wide by extending the coverage and scope of its own non-cash products. “Bank of Baku” is committed to continuing to focus on further expanding non-cash payments.