AZ

Tez-tez verilən suallar

İş yerindən arayışın etibarlıq müddəti nə qədərdir?

İş yerindən arayışın etibarlıq müddəti verilmə tarixindən etibarən 30 (otuz) təqvim günü kimi qəbul edilir.

Şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə, onun əvəzləyicisi qismində hansı sənəd çıxış edə bilər?

В этом случае можно предъявить документ подтверждающий личность гражданина Азербайджанской Республики (временное удостоверение личности)

Girov nədir? Girov predmeti nədir?

Girov öhdəliyin icrasını təmin etmək vasitəsidir. Borclu tərəfindən girovla təmin edilmiş öhdəlik icra edilmədikdə kreditor-girovsaxlayan, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, girov qoyulmuş əmlakın dəyərindən təminat almaqda başqa kreditorlar qarşısında üstünlük hüququna malikdir.
Dövlət təhlükəsizliyi və ictimai təhlükəsizlik mülahizələrinə və başqa səbəblərə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş istisnalarla girovqoyanın özgəninkiləşdirə bildiyi hərcür əşyalar, qiymətli kağızlar, maddi sərvətlər, xüsusi mülkiyyətdə olan torpaq sahəsi və əmlak hüququ girov predmeti ola bilər.
Şəxsiyyətlə bağlı tələblər, habelə qanunla qadağan olunmuş tələblər girov predmeti ola bilməz. Girov predmeti girovqoyanın razılığı ilə dəyişdirilə bilər.

Zaminlik nədir? Zaminin öhdəlikləri nədir?

Kreditor qarşısında, borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, həmin öhdəliyi tamamilə və hissə-hissə icra etməsi üçün öz üzərinə götürülən öhdəlikdir.
Zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

ASAN imza nədir?

Asan İmza (Mobil imza) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir.

ASAN imzanı necə əldə etmək olar?

Asan İmza-ya müraciət etmək üçün sizə Asan İmza (Mobil imza) xidmətini mümkün edən SIM-kart lazımdır. Abunəçi olmaq üçün şəxsiyyət vəsiqəniz ilə “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərən Azercell, Bakcell, Nar Müştəri Xidmətləri Mərkəzlərinə müraciət edə bilərsiniz. Bundan əlavə, hər bir Asan imza sahibinə Asan İD verilir.