Korporativ müştərilərimiz bankımızda öz vəsaitlərini depozit şəklində yerləşdirərək həm öz vəsaitlərinin təhlükəsizliyinin qorunmasına nail olur, həm də əlavə gəlir əldə etmək imkanı qazanır.
Ardıcıl olaraq bir neçə il Mərkəzi Bank tərəfindən nağdsız ödənişlər üzrə lider bank nöminasiyası üzrə 1-ci olan Bank of Baku ASC – nin təqdim etdiyi POS terminal xidməti sizi aşağıdakı üstünlüklərlə təmin edir:
Nağdsız ödəniş həyata keçirən müştərilər sayəsində satış həcminin artması;
Bolkart layihəsi üzrə partnyor olan ticarət obyektlərində çox saylı Bolkart müştərilərinin istifadəsi nəticəsində satış dövriyyəsinin artması;
Visa və ya Mastercard tipli istənilən ölkəyə məxsus bank kartlarının Bank of Baku POS-Terminalları vasitəsilə rahat şəkildə istifadəsinin tam təmin edilməsi;
POS Terminalın quraşdırılması üçün aşağıdakı sənədlər tələb olunur:
Hüquqi Şəxs:
Nizamnamənin surəti
Firmanın VÖEN-in surəti
Firma müdirinin təyin olunması haqqında AKT(daxili)
Firma müdirinin şəxsiyyət vəsiqəsinin surəti
Obyektlərin kodları(Vergilər Nazirliyi tərəfindən uçota alınma haqqında verilən (ARAYIŞ)
Obyektlərin icarə müqavilələri və ya etibarnamələri
Obyektlərin sənədlərinin (Çıxarış) surəti – Reyestrdan çıxarış
Hesab müqaviləsi və rekvizitləri
Müdirin və əlaqə saxlanılacaq adamın adı və telefonları
POS Terminalın quraşdırılması üçün aşağıdakı sənədlər tələb olunur:
Fiziki Şəxs:
VÖEN-nin surəti
Şəxsiyyət vəsiqəsinin surəti
Obyektlərin kodları(Vergilər Nazirliyi tərəfindən uçota alınma haqqında verilən (ARAYIŞ)
Obyektlərin icarə müqavilələri və ya etibarnamələri
Hesab rekvizitləri
Qeyd: Bolkart üzrə partnyor müəssisələrə POS terminal-ın təqdim olunması və quraşdırılması tamamilə pulsuzdur.