AZ
Bolkart Gənc debet
Böyük imkanlar vədd edən kartı həyatının əvəzolunmaz bir hissəsinə çevir
Valyuta
AZN
Qalığa illik faiz
5%
Müddət
1 il, 2 il, 3 il
Nağdlaşdırma
Komissiyasız
Kart haqqında
  • Kimlər Bolkart Gənc Debet kartını ala bilər? Kart rəsmiləşən tarixə yaşı 27-dən çox olmayan Azərbaycan Respublikası vətəndaşları.
  • Kartın növü: MasterCard Standard /Visa Classic.
  • Təmassız ödəniş: təmassız ödəniş funksiyası dedikdə Pin kod daxil edilmədən kartla 100 manatdan çox olmayan məbləğlər həddində əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur.
  • Kartın qiyməti: -Hesaba minimal vəsaitin qoyuluşu 100 AZN/USD/EUR təşkil edərsə, 12 aylıq Bolkart Gənc Debet kartını pulsuz əldə etmək mümkündür; -Hesaba minimal vəsaitin qoyuluşu 150 AZN/USD/EUR təşkil edərsə, 24 aylıq Bolkart Gənc Debet kartını pulsuz əldə etmək mümkündür; -Hesaba minimal vəsaitin qoyuluşu 200 AZN/USD/EUR təşkil edərsə, 36 aylıq Bolkart Gənc Debet kartını pulsuz əldə etmək mümkündür.
  • Minimal vəsaitin qoyuluşu: nəzərdə tutulmayıb.
  • Əlavə kartın buraxılması: kartın növündən və müddətindən asılı olaraq, qüvvədə olan kartın buraxılması və xidmət olunması tariflərinə əsasən.
  • Kartın yenilənməsi (prolonqasiya edilməsi): kartın növündən və müddətindən asılı olaraq, qüvvədə olan kartın buraxılması və xidmət olunması tariflərinə əsasən.
  • Depozit funksiyası: Bolkart Debet kart istifadəçiləri kart hesablarında olan və 100 manatdan az olmayan qalığa illik 5% dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər. Bu xidmət yalnız AZN valyutasında olan kartlar üzrə tətbiq edilir. Qeyd: müştərilər mobil tətbiqin (DostBank) funksiyalarından istifadə edərək 5% gəlirin hesablanmasını aktiv və ya deaktiv edə bilərlər.
  • BAL-lar nədir, necə qazanılır və istifadə edilir? Bolkartla alış-veriş etdiyiniz zaman ballar qazanırsınız. BAL-ların məbləği Sizin kartdan istifadə məkanından və hissəli ödəniş seçiminizdən asılıdır. BAL-lar qazanılma və istifadə müddətinə görə 2 növdə olur: 1. Standart BAL 2. Kampaniya BALı Standart BAL - alış-veriş zamanı qazandığınız BAL-dır və standart istifadə müddətinə (qazanıldığı günün ertəsi günündən başlayaraq növbəti ilin sonunadək) malikdir. Kampaniya BALı - Bank və ya Bankın ticarət və ya xidmət partyorları tərəfindən keçirilən xüsusi kampaniyalar zamanı xüsusi şərtlərlə qazanılan BAL-dır. Bu növ BAL-ların istifadə müddəti müxtəlif ola bilər və keçirilən kampaniyanın şərtlərindən asılıdır. Həm ölkəxaricində, həm də ölkədaxilində istənilən POS terminallar və E- ticarət ilə ödəniş zamanı BAL-lar hesablanır. Bank of Baku terminalları ilə edilən ödənişlər daha çox BAL qazandırır.