AZ
Bolkart Diamond debet

Böyük imkanlar vəd edən kartı həyatının əvəzolunmaz bir hissəsinə çevir

Valyuta
AZN, EUR, USD
Müddət
12, 24, 36 ay
Nağdlaşdırma
Komissiyasız
Kart haqqında
  • Kartın növü: Visa İnfinite.
  • Təmassız ödəniş: təmassız ödəniş funksiyası dedikdə Pin kod daxil edilmədən kartla 100 manatdan çox olmayan məbləğlər həddində əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur.
  • Minimal vəsaitin qoyuluşu: nəzərdə tutulmayıb.
  • Əlavə kartın buraxılması: kartın növündən və müddətindən asılı olaraq, qüvvədə olan kartın buraxılması və xidmət olunması tariflərinə əsasən.
  • Kartın yenilənməsi (prolonqasiya edilməsi): kartın növündən və müddətindən asılı olaraq, qüvvədə olan kartın buraxılması və xidmət olunması tariflərinə əsasən.
  • Pulsuz SƏYAHƏT SIĞORTASI BOLKART DIAMOND DEBET sahibləri pulsuz olaraq səyahət sığortası əldə edirlər. Bu zaman:
    - Səyahət xərclərinin minimum 50%-i sığorta edilən kart hesabına qarşılanmalıdır.
    - Səyahət üçün nəzərdə tutulmuş aviabilet 2 tərəfli( gediş-dönüş) olmalıdır.
    - Səyahət edilən yer daimi yaşayış yerindən minimum 100 km uzaqlıqda olmalıdır.
    - Səyahətin başladığı və bitdiyi yer daimi yaşayış yeri olmalıdır.
    - Səyahətin müddəti maksimum 90 gün ola bilər və s. tələblər ödənilməlidir.
  • Depozit funksiyası Bolkart Debet kart istifadəçiləri kart hesablarında olan və 100 manatdan az olmayan qalığa illik 5% dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər. Bu xidmət yalnız AZN valyutasında olan kartlar üzrə tətbiq edilir. Qeyd: Müştərilər mobil tətbiqin (DostBank) funksiyalarından istifadə edərək 5% gəlirin hesablanmasını aktiv və ya deaktiv edə bilərlər.
  • Kartın qiyməti: emissiya və 12, 24, 36 aylıq xidmət haqqı müvafiq olaraq - 100, 170, 250 AZN
  • 200 AZN-dən çox nağdsız dövriyyə zamanı debet kartı üzrə 3% KEŞBEK əldə edə bilərsiniz. ATM Cash, POS Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna), rabitə, mobil operator ödənişləri, mərc oyunları, dövlət və kommunal ödənişlər, Quasi Cash (pul kisələri ilə bağlı xidmətlər), kuryer xidmətləri, vergi ödənişləri, istiqraz, cərimə ödənişləri, məhkəmə xərcləri (aliment) üzrə ödənişlər, dövriyyə kimi nəzərə alınmır və keşbek hesablanmır. Ay ərzində hər bir müştəri maksimum 100 AZN keşbek qazana bilər. 0.01 AZN-dən az olan keşbek məbləğləri nəzərə alınmır. Hesablanan keşbeklər müştərinin Kəşbək hesabına növbəti iş günü yüklənəcək.