AZ
Bolkart Ailə debet
Böyük imkanlar vədd edən kartı həyatının əvəzolunmaz bir hissəsinə çevir
Valyuta
AZN
Qalığa illik faiz
5%
Müddət
1 il, 2 il, 3 il
Nağdlaşdırma
Komissiyasız
Kart haqqında
  • Kartın növü: MasterCard Standard /Visa Classic.
  • Təmassız ödəniş: təmassız ödəniş funksiyası dedikdə Pin kod daxil edilmədən kartla 100 manatdan çox olmayan məbləğlər həddində əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur.
  • Kartın qiyməti: Emissiya və 12 aylıq xidmət haqqı - 8 AZN; Emissiya və 24 aylıq xidmət haqqı - 14 AZN; Emissiya və 36 aylıq xidmət haqqı - 18 AZN.
  • Minimal vəsaitin qoyuluşu: nəzərdə tutulmayıb.
  • Əlavə kartın buraxılması: kartın növündən və müddətindən asılı olaraq, qüvvədə olan kartın buraxılması və xidmət olunması tariflərinə əsasən.
  • Kartın yenilənməsi (prolonqasiya edilməsi): kartın növündən və müddətindən asılı olaraq, qüvvədə olan kartın buraxılması və xidmət olunması tariflərinə əsasən.
  • Depozit funksiyası: Bolkart Debet kart istifadəçiləri kart hesablarında olan və 100 manatdan az olmayan qalığa illik 5% dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər. Bu xidmət yalnız AZN valyutasında olan kartlar üzrə tətbiq edilir. Qeyd: müştərilər mobil tətbiqin (DostBank) funksiyalarından istifadə edərək 5% gəlirin hesablanmasını aktiv və ya deaktiv edə bilərlər.
  • Hesaba minimal vəsaitin qoyuluşu 150 AZN/USD/EUR təşkil edərsə, 12 aylıq Bolkart Ailə Debet kartını pulsuz əldə etmək mümkündür; Hesaba minimal vəsaitin qoyuluşu 250 AZN/USD/EUR təşkil edərsə, 24 aylıq Bolkart Ailə Debet kartını pulsuz əldə etmək mümkündür; Hesaba minimal vəsaitin qoyuluşu 300 AZN/USD/EUR təşkil edərsə, 36 aylıq Bolkart Ailə Debet kartını pulsuz əldə etmək mümkündür.