AZ

Risklərin idarə edilməsi

Əməliyyat riskləri

  • ⁣Əməliyyat riskinin yaranmasına səbəb həm daxili, həmçinin də xarici amillər ola bilər
    Əməliyyat riskinin yaranmasına səbəb olan daxili amillər sırasına aşağıda qeyd edilənlər daxildir:⠀Bankın təşkilatı strukturu daxilində bölmələr və işçilər arasında vəzifə bölgüsü sahəsində, bank əməliyyatları və digər əqdlərin icrası qaydası və prosedurunda, onların sənədləşdirilməsi və uçota alınmasında olan çatışmamazlıqlar | Bankın əməkdaşlarının müəyyən edilmiş qayda və prosedurlara riayət etməməsi | Bankda daxili nəzarətin səmərəsizliyi | Bankın əməkdaşlarının Bankın maraqlarına zidd olan təsadüfi və ya qəsdən törədilən hərəkətləri | Sistem və avadanlıqların işində baş verən xəta və nasazlıqlar.
  • Əməliyyat riskinin yaranmasına səbəb olan xarici amillər sırasına aşağıda qeyd edilənlər daxildir: Fiziki və/və ya hüquqi şəxslərin Bankın maraqlarına zidd olan təsadüfi və ya qəsdən törədilər hərəkətləri | Bankın nəzarətindən kənarda olan sistem və avadanlıqların işində baş verən xəta və nasazlıqlar | Bankın nəzarətindən kənarda olan mənfi xarakterli xarici amillər
  • Əməliyyat risklərinin idarə olunması aşağıda qeyd olunan mərhələləri əhatə edir: Əməliyyat riskinin müəyyən edilməsi | Əməliyyat riskinin qiymətləndirilməsi | Əməliyyat riskinin minimuma endirilməsi və/və ya nəzarətdə saxlanması | Əməliyyat riskinin təqib edilməsi
  • Əməliyyat riskinin idarə olunması işinin məram və məqsədlərinə nail olmasını aşağıda qeyd edilmiş metodlar vasitəsi ilə təmin etmək olar: Sərhəd göstəricilər (limitlər) sistemi | Səlahiyyətlər və qərarların qəbulu sistemi | Məlumat sistemi | Monitorinq sistemi | Nəzarət sistemi