“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır.
“Tuqay” kommersiya bankı kimi yaradılmışdır.
Bankın adı səhmdarlarının qərarı ilə dəyişdirilmiş və ”Bank of Baku” kimi adlandırılmışdır.
Bakı Banklararası Valyuta Birjasının üzvü olduq.
Birgə Səhmdar Kommersiya Bankı kimi təkrar qeydiyyatdan keçdik.
S.W.I.F.T. sistemin üzvü olduq.
Alman-Azərbaycan Fondunun Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi proqramı çərçivəsində KFW ilə (Almaniya İnkişaf Bankı) partnyorluğa başladıq
Fəaliyyət istiqamətimizi banklararası xidmətlər bazarından pərakəndə bank xidmətləri, kiçik və orta sahibkarlıq və korporativ seqmentə yönəltdik.
Almaniyanın Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun «Bank sistemində korporativ idarəetmənin təkmilləşdrilməsi» layihəsi üzrə partnyoru olduq.
“Azneft” filialı açıldı.
“Metrositi” filialı açıldı.
“Neftçilər” filialı açıldı.
Master Card-dan beynəlxalq kartların buraxılması üçün lisenziya aldıq, 2005-ci ilin sentyabr ayından etibarən beynəlxalq kartlarımızı buraxmağa başladıq.
Hüquqi statusumuz Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti kimi təsbit olundu.
Londonda keçirilən biznes həftəsində «Bank of Baku», «İlkbank» və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında üçtərəfli niyyət protokolu imzalandı.
Beynəlxalq Maliyyə Korporasiyası ilə «Lizinq xidmətləri» və «Korporativ idarəetmənin təkmilləşdirilməsi» layihəsi üzrə Razılaşma imzaladıq.
Azərbaycan Respublikasının Mərkəzi Bankı «Bank of Baku» və «İlkbank» kommersiya banklarının birləşməsini rəsmən təsdiqlədi.
Mərkəzi Bank yeni «Bank of Baku» KB ASC-nin fəaliyyəti üçün lisenziya verdi.
AYİB-lə korporativ müştərilərin birgə maliyyələşdirilməsi haqqında Niyyət protokolu imzaladıq. AYİB-in bu layihə üçün Bankımıza ayırdığı vəsait 5 mln. ABŞ dolları təşkil edir.
Korporativ və VİP-müştərilər üçün nəzərdə tutulan «Mərkəz» filialımız açıldı.
“Sumqayıt” şöbəsi açıldı.
AYİB-in Direktorlar Şurası «Bank of Baku»nun Nizamnamə kapitalında iştirak edəcəyi ilə bağlı qərarı təsdiqlədi.
AYİB-in Bankımızın Nizamnamə kapitalının 25 %-ni əldə etməsi ilə bağlı tərəflər arasında Razılaşma imzalandı.
“BOB-Express 1” şöbəsi açıldı.
“BOB-Express 3” şöbəsi açıldı.
“Otoplaza” filialı açıldı.
“Xəqani ” filialı açıldı.
“Nəsimi” filialı açıldı.
“Nizami” filialı açıldı.
“Sumqayıt” filialı açıldı.
“Şəki” filialı açıldı.
“Bakıxanov” filialı açıldı.
İnternet saytımız Azərbaycanda ən tanınmış və hələlik yeganə olan “Netty” mükafatına layiq görülən ilk bank saytı oldu.
“Yasamal” filialı açıldı.
“Gəncə” filialı açıldı.
“Lənkəran” filialı açıldı.
“Bank of Baku” avro kartlar emissiya etməyə başladı.
“Əhmədli” filialı açıldı.
“Bank of Baku” Azərbaycan bank sektorunda ilk dəfə olaraq bankdaxili İntranet saytını əməkdaşlarının istifadəsinə verdi.
“Neftçilər” filialımız Western Union TPKS tərəfindən keçirilən “Top Country Teams-2007”nominasiyası üzrə “Bütün kateqoriyalar üzrə ən yaxşı punkt” adına layiq görülmüşdür.
“Bank of Baku” “Moneygram” Beynəlxalq Pul Köçürmə Sisteminə qoşuldu.
Azərbaycan bank tarixində ilk dəfə olaraq müştəri borclarının növbəsiz və rahat ödənilməsi üçün filiallarımızda “Cash in” aparatlarının tətbiqinə başladıq.
Bankımızın wap.bankofbaku.com saytı fəaliyyətə başladı.
Bankımızın “Kart istifadəçilərinə dəstək” mərkəzi fəaliyyətə başladı.
Bankımız KÖMİS (Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi) layihəsinə qoşuldu.
Prinsipial üzv kimi Visa Beynəlxalq kart sisteminə qoşulduq.
“Bank of Baku” “Bank NOTE” adlı aylıq elektron bülletenin dərcinə başladı.
Kart istifadəçilərimiz üçün “İnternet Banking” xidməti müştərilərin istifadəsinə verildi.
Kart sifarişi üzrə müştərilərin ilkin sifarişinin asanlaşdırılması üçün saytımız vasitəsi ilə yeni “Online kart sifarişi” xidməti göstərməyə başladıq.
“Xaçmaz” filialı açıldı.
Kart istifadəçilərimiz üçün “SMS Banking” xidməti müştərilərin istifadəsinə verildi.
Saytımızın yeni daha interaktiv versiyası yaradıldı.
“Bank of Baku” “Caspian Money Transfer” Beynəlxalq Pul Köçürmə Sisteminə qoşuldu.
Müştərilərin telefon zəngi vasitəsi ilə cari kredit borclarını öyrənməsi və ödəməsi üçün analoqu olmayan “Telefon Banking” xidmətinin göstərilməsinə başlanıldı.
“28 May” filialı açıldı.
“Mərdəkan” filialı açıldı.
“Xırdalan” filialı açıldı.
"Bolkart" təsis edildi.
“Bank of Baku” nəznində özəl Prosessinq Mərkəzi fəaliyyətə başladı.
“Dostlar klubu” təsis edildi.
“Babək” filialı açıldı
“Həzi Aslanov” filialı açıldı
“Əmanət klubu” təsis edildi
“Şirvan” filialı açıldı.
“Yeni Sumqayıt” filalı açıldı.
“Səməd Vurğun” filialı açıldı.
“Bank of Baku” www.hesab.az saytı ilə əməkdaşlığa başladı.
www.bankofbaku.com tam yeni formatda istifadəyə verildi.
“Bank of Baku” nağdsız ödənişlər üzrə Azərbaycanın lideri oldu.
Bolkart sahiblərinin sayı 200000-i aşdı.
Onlayn səsvermədə “Bank of Baku” və Bolkart “ilin bankı” və “ilin taksit kartı” elan edildi.
“Bank of Baku”-nun kredit ödənişi və sifarişi eManat terminallarında yaradıldı.
“Bank of Baku”-nun müştərilərinin sayı 700.000-ə çatdı.
“Bank of Baku” “Лидер” pul köçürmə sisteminə qoşuldu.
"Yeni Gəncə" filialı açıldı.
“Mənə zəng et” kommunikasiya xidməti işə düşdü.
“Azərbaycanda pərakəndə bank xidmətləri bazarının lideri Bolkart - ən uğurlu kredit kartı” nominasiyasında “Uğur” milli mükafatına layiq görüldü.
“Bank of Baku” və “Bakcell” müştərək layihəyə start verdilər. “Ulduzum” layihəsi çərçivəsində Bakcell-in Cin abunəçilərinə sərfəli şərtlərlə “Bank of Baku”-nun məhsul və xidmətləri təklif edildi.
“Bank of Baku”-nun "Yeni Günəşli" filialı açıldı.
VISA beynəlxalq ödəniş sistemi “Bank of Baku”-nu VISA kartlarının ekvayrinq (kartların qəbul edilməsi) həcmini ən sürətlə artıran bank nominasiyasında Azərbaycanın maliyyə sektorunun ən yaxşı bankı elan etdi.
“Bank of Baku” və “Elektron hökümət”-in birgə layihəsi: ilk dəfə “Bank of Baku” kredit rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə etməyə başladı!
“Bank of Baku” 20 illiyi ilə əlaqədar Azərbaycanın aparıcı KİV rəhbərləri ilə görüş keçirdi!
“Bank of Baku” yeni imic çarxını təqdim etdi!
“Bank of Baku” Binəqədi rayonunda “Təbiətin bizə ehtiyacı var!” şüarı altında “Ağac əkək, təbiətimizə sahib çıxaq” ağacəkmə aksiyasını keçirdi.
Müəllimlər Günü ilə əlaqədar “Bank of Baku” Azərbaycanın təhsil işçilərinin bir qrupu ilə görüş keçirdi.
“Bank of Baku” Azərbaycan Mikromaliyyə Assosiyasiyası ilə sıx əməkdaşlığını davam etdirərək, “Maliyyə əhatəliliyini dəstəkləyən innovativ praktikalar : təcrübələrin öyrənilməsi” adlı 7-ci Maliyyə Konfransının sponsoru oldu.
www.bankofbaku.com korporativ internet səhifəsinin mobil versiyası istifadəyə verildi.
Bank o Baku Bolkart partnyorları üçün qapalı kinoseans keçirdi!
Yenilənmiş İnternet Bankçılıq xidməti istifadəyə verildi.
“Bank of Baku” və Azərbaycan Dövlət İqtisad Universiteti əməkdaşlıq sazişi imzaladı.
Bank of Baku “Caspian European Club”-a üzv oldu.
“Business Insight” araşdırma qrupunun keçirdiyi rəy sorğusu nəticəsində “Bank of Baku”-nun Azərbaycanın ƏN POPULYAR BANKI olduğu müəyyən edildi.
Bank of Baku və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, əməkdar artist Tünzalə Ağayevanın ifa etdiyi "MƏN AZƏRBAYCANLIYAM" mahnısına çəkilmiş klipin təqdimatı keçirildi.
“Bank of Baku” Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına üzv oldu.
Wi-Fi xidməti fəaliyyətə verildi.
“Bank of Baku”-nun Şəki filialı yeni ünvanda fəaliyyətə başladı.
Azərbaycan Dövlət İqtisad Universitetində “Bank of Baku”-nun tədris laboratoriyası fəaliyyətə başladı.
Bank of Baku məzənnənin dəyişməsi nəticəsində əlavə silinmiş məbləğləri geri qaytardı.
“Bank of Baku” Mərkəzi Bankın nağdsız ödənişlər üzrə nominasiyasında lider bank seçildi.
Abbas İbrahimov Bank of Baku ASC-yə sədr təyin edildi.
İnternet Bankçılıq xidməti mobil versiyada istifadəyə verildi.
Hər kəsə özəl Bolkart GƏNC, Bolkart AİLƏ, Bolkart Business, Bolkart GOLD, Bolkart Diamond kartları təqdim edildi.
Bank of Baku Elektron Hökumət portalında onlayn xidmətlər göstərməyə başlayıb
Bank of Baku “AMFA Mükafatlandırma Proqramı – 2016” çərçivəsində keçirilən müsabiqədə “Müştərilərinə Rəqəmsal Maliyyə Xidmətləri təklif edən Qabaqcıl Təşkilat” nominasiyası üzrə mükafata layiq görülüb.
Banklar arasında ABŞ Dolları valyutasında olan kreditlərin tam ödənilməsi zamanı güzəştli məzənnə il boyu fasiləsiz tətbiq edilməyə başlanıldı.
Korporativ müştərilərə Asan imza ilə ölkədaxili, bankdaxili, şəxsi hesablararası köçürmələr və konvertasiyalar etmə imkanı yaradıldı.
Bank of Baku, rəsmi internet ünvanı vasitəsilə müştərilərinə video zəng xidmətini təqdim etdi.
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən keçirilən müsabiqədə “Nağdsız Ödənişlər üzrə Lider Bank” nominasiyasında Bank of Baku qalib gəldi.
Fiziki şəxslərə Birdəfəlik şifrə ilə ölkədaxili, bankdaxili, şəxsi hesablararası köçürmələr və konvertasiyalar köçürmə etmə imkanı yaradıldı.
İnternet bankçılıqda büdcə ödənişləri xidməti əlavə edildi.
Azərbaycanın ilk taksit kartı Bolkartın 5 yaşı münasibətilə 600 Bolkartlıya hədiyyə qazandıracaq “Bolkartla Qazan” lotereyasına start verildi.
Bank of Baku Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən ölkədə ilk dəfə təşkil olunan Banklararası Breyn Rinq Çempionatının qalibi oldu.
Bolkart Diamond kart əldə edəcək şəxslərə əlavə olaraq pulsuz Priority Pass kartının təqdim olunmasına başlanıldı.
İnternet bankçılıqda Korporativ müştərilərin son 6 ay ərzində etdiyi dövriyyə 100.000.000 AZN məbləğini ötdü.
İnternet Bankçılıqda Contact və Lider təcili köçürmə sistemləri ilə xarici kartlara köçürmə aktiv edildi.
Bolkartla Qazan lotereyasının qalibləri müəyyən edildi.
SOCAR istiqrazlarının satışına start verildi
İş adamlarına özəl yeni İŞKART məhsulu təqdim edildi.
Görmə məhdudiyyəti olan uşaqlar üçün Brayl əlifbasını öyrənmələrinə kömək edəcək Braille teach cihazını təqdim etdi!
Bank of Baku Mərkəzi Bank tərəfindən keçirilən müsabiqədə ardıcıl olaraq dördüncü dəfə “Nağdsız Ödənişlər üzrə Lider Bank” nominasiyasının qalibi seçildi.
Bank of Baku korporativ müştərilərinə yeni əmək haqqı kartlarını təklif etdi.
Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən təşkil olunan “AMFA Mükafatlandırma Proqramı – 2017” çərçivəsində keçirilən müsabiqədə “Böhran dövründə yeni məhsul və xidmətlər təklif edən ən Qabaqcıl Təşkilat” nominasiyasında Bank of Baku qalib gəldi.
İnternet bankçılıqda Rekvizitlərin və SWIFT çıxarışın onlayn əldə olunması mümkün oldu.
İnternet bankçılıqda Geri dönüş imkanlı bizimlə əlaqə bölməsi istifadəyə verildi.
MasterCard 2016-cı ilin uğurları çərçivəsində keçirdiyi mükafatlandırma mərasimində “Bank of Baku” "MasterCard kartlarının dövriyyəsi içində nağdsız əməliyyat payı ən yüksək olan bank" nominasiyasında ölkənin lider bankı elan edildi.
Bank of Baku “BoB Akademiya” adlı təlim mərkəzini istifadəyə verdi!
Bolkart debet və əmək haqqı kartlarında qalıq məbləğə illik 5% gəlir qazanmaq imkanı yaradıldı.
Ölkədə ilk dəfə Bank of Baku İnternet Bankçılıqda Ölkəxarici Təcili Pul köçürmələri xidmətini aktiv etdi.
Bank of Baku-nun ödəniş terminalları ilə ölkə xaricinə pul köçürmə mümkün oldu!
Bank of Baku müştərilərinə Dostlar Klubunu yeni imkanlarla təqdim etdi
Bank of Baku ölkədə ilk dəfə olaraq Money Send xidmətini - İnternet Bankçılıq vasitəsilə xarici bank kartlarına pul göndərmə imkanını təqdim etdi.
Bank of Baku “Zolotaya Korona” beynəlxalq təcili pul köçürmələri sistemi ilə uzun illər davam etdirdiyi əməkdaşlığı bərpa etdi.
İnternet Bankçılıqda “Cash by Code” xidməti aktivləşdirildi.
Bank of Baku sektorda bir ilkə imza atdı - korporativ müştərilərə İnternet Bankçılıqda hesablararası ölkəxaricinə pul köçürmə imkanını təqdim etdi.
Bank of Baku 145 Məlumat Mərkəzində korporativ müştərilərə özəl xidmət bölməsi yaratdı.
“Bank of Baku” Talassemiya və Hemofiliyalı uşaqlar üçün qanvermə aksiyası keçirdi.
“Bank of Baku” “Təhsil Nazirliyi” və “Azərbaycan müəllimi” qəzetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə özəl olaraq müəllimlər üçün inşa müsabiqəsi keçirdi.
“Bank of Baku” və “Bakcell” şirkəti ilə birlikdə “Bank of Baku və Bakcell Ulduzumla xaricə səyahət” adlı stimullaşdırıcı tirajlı lotereyaya start verdi.
“Azərbaycan Xalq Cümhuriyyəti və Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırıldı.
Bank of Baku Cash-in və İnternet Bankçılıq xidmətində Təcili Pul Köçürmə üzrə gündəlik limit məbləğini 1.000 USD-dək (AZN ekv.) artırdı.
“Bank of Baku və Bakcell Ulduzumla xaricə səyahət” adlı stimullaşdırıcı tirajlı lotereyanın qalibləri müəyyən edildi.
Bank of Baku STEP IT Academy ilə birgə əməkdaşlığa dair memorandum imzaladı.
“Bank of Baku”, “LEAD Education” Təhsil və İnnovasiya Mərkəzi və “YAP Gənclər Birliyi” ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə özəl olaraq "Tələbələrarası İntellekt Olimpiadası" layihəsinə başladı.
“Bank of Baku” “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”nə töhfə verərək silsilə təlimlərə start verdi.
“Bank of Baku” Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış “ASAN Finans” layihəsinə tam inteqrasiyanı həyata keçirtdi.
"Tələbələrarası İntellekt Olimpiadası"nın qalibləri mükafatlandırıldı.
“Bank of Baku” kiçik və orta sahibkarlara göstərdiyi dəstək və təqdim etdiyi xidmətlərinə görə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən mükafatlandırdı.
“Bank of Baku” DostBank mobil tətbiqini istifadə edən müştərilərinə İnternet Bankçılığa QR Login vasitəsilə daxil olma imkanı yaratdı.
Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində icra etdiyi layihələrə görə “Bank of Baku” Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən mükafatlandırıldı.
“Bank of Baku”nun “Onlar Sevinsin” layihəsi “Milli KSM Mükafatı 2019”un komissiyası tərəfindən BMT-nin Baş Assambleyasının qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədlərindən dördüncüsü Keyfiyyətli təhsil - “Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək” istiqaməti üzrə qalib seçildi və “Milli KSM Mükafatı”na layiq görüldü.
“Bank of Baku”nun DostBank mobil tətbiqində “Contact” təcili köçürmə sistemi ilə xaricə pul köçürmə xidməti aktiv edildi.
Sizə uyğun əlaqə vasitəsini seçin