AZN və USD əmanətləri üzrə faiz dərəcələri artdı!
Bank of Baku, fəaliyyətinin 22-ci ildönümü münasibətilə 09.02.2016 – 29.02.2016-cı il (kampaniya 30 aprel tarixinə qədər uzadılıb) tarixlərində “Həddindən artıq Sərfəli: Dollar və Manat Əmanəti” şüarı altında Əmanət Faizlərini artırdı. Bankda “Dinamik” əmanət hesabı açdıran müştərilər indi müddətindən asılı olaraq illik 12%-dək gəlir gətirən manat əmanətlərinə +1%, dollar əmanətlərinə isə illik 6%-dək gəlir əldə edəcəklər. Üstəlik, kampaniya çərçivəsində əmanətçilər yerləşdirdikləri əmanətə bağlı nağd pul krediti üçün də Banka müraciət etmələrinə imkan yaradılır.
Manatda yeni əmanət yerləşdirən və ya əmanəti prolonqasiya edilən müştərilərə standart cəlbetmə faiz dərəcələrinə +1% əlavə gəlir təklif edilir. Müddətlər və cəlbetmə faizləri ətraflı aşağıdakı cədvəldə qeyd edilmişdir:
Müddət, (ay) | Aylıq ödəniş (AZN) | Müddətin sonunda ödəniş (AZN) |
---|
1 | - | - |
2 | - | - |
3 | 5.00% | 5.04% |
4 | 6.00% | 6.07% |
5 | 7.00% | 7.12% |
6 | 8.00% | 8.17% |
7 | 9.00% | 9.23% |
8 | 9.50% | 9.76% |
9 | 10.00% | 10.30% |
10 | 10.50% | 10.85% |
11 | 11.00% | 11.50% |
12 | 12.00% | 13.00% |
13 | 12.00% | 13.00% |
14 | 12.00% | 13.00% |
15 | 12.00% | 13.00% |
16 | 12.00% | 13.00% |
17 | 12.00% | 13.00% |
18 | 12.00% | 13.00% |
19 | 12.00% | 13.00% |
20 | 12.00% | 13.00% |
21 | 12.00% | 13.00% |
22 | 12.00% | 13.00% |
23 | 12.00% | 13.00% |
24 | 12.00% | 13.00% |
Dollarda yeni əmanət yerləşdirən və ya əmanəti prolonqasiya edilən müştərilərə illik 6%-dək gəlir əldə etmək imkanı təklif edilir. Müddətlər və cəlbetmə faizləri ətraflı aşağıdakı cədvəldə qeyd edilmişdir.
Müddət (ay) | Faiz (aylıq və müddətin sonunda) |
---|
6 | 5.00% |
9 | 5.50% |
12 | 6.00% |
18 | 5.00% |
24 | 5.00% |
Qeyd: “Dinamik”, “Qısamüddətli manat” əmanət növləri üzrə illik faiz dərəcəsi əmanət rəsmiləşərkən və yaxud əmanət müddəti ərzində, ərizəçinin müraciəti əsasındə, müvafiq ərizə və razılaşma imzalamaqla “Əmanətlərin Sığortalanması Fondu” tərəfindən müəyyən edilən şəkildə təyin edilə bilər.