imgimg

Müştərilərimizin ödəniş təhlükəsizliyinə önəm veririk

Müştərilərimizin ödəniş təhlükəsizliyinə önəm veririk

Müştərilərimizin ödəniş təhlükəsizliyinə önəm veririk

Kibertəhlükəsizlik müasir dövrün aktual məsələsi olaraq “Bank of Baku”nun da diqqət mərkəzindədir. 
Bank informasiya təhlükəsizliyi sistemini beynəlxalq standartlara uyğun şəkildə qurmaqla yanaşı, davamlı olaraq təkmilləşdirir. Bu baxımdan “PCI DSS” sertifikatı “Bank of Baku”nun rəqəmsal ödənişlər sahəsində əldə etdiyi mühüm qlobal təhlükəsizlik sertifikatlarından biridir.
“PCI DSS” NƏDİR?
İngilis dilində açılışı “Payment Card Industry Data Security Standard” şəklində olan “PCI DSS” ödəniş kartları sənayesinin məlumat təhlükəsizliyi standartı mənasını verir. 
Daha aydın desək, ödəniş kartları ilə əməliyyatlar edən müştərilərin məlumatlarının tam qorunması üçün yaradılmış təhlükəsizlik standartları toplusudur.
Sözügedən sertifikatı yalnız İxtisaslı Təhlükəsizlik Qiymətləndiricisi (PCI QSA) statusuna malik müstəqil bir şirkətin yoxlamalarından uğurla keçdikdən sonra əldə etmək mümkündür. 
“PCI DSS” SAHİBİ OLMAQ
“Bank of Baku”nun bu sertifikata layiq görülməsi göstərir ki, 
• Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə məlumatlar yüksək səviyyədə qorunur;
• İnformasiya təhlükəsizlik sistemlərinin effektiv fəaliyyəti daima nəzarətdədir;
• Təhlükəsizliyə dair yenilənmələr mütəmadi aparılır;
• Sağlam təhlükəsizlik divarı sayəsində kiberhücumlara dayanıqlıdır.
Nəticədə, “Bank of Baku” müştəriləri ödəniş kartlarından rahatlıqla istifadə edir, ödəniş əməliyyatlarının etibarlı və təhlükəsiz formada aparılmasının rahatlığını yaşayır.

 

Siyahıya geri dön