Müddət
3 aydan 24 ayadək
- 3 aydan 12 aya qədər – 1 ay
- 12 aydan 24 aya qədər - 3 ay
Faizlərin ödənilməsi
Aylıq, müddətin sonunda
01-11 Yanvar 2015-ci il tarixlərində fiziki şəxslərin əmanətləri üzrə əldə edilən faiz gəlirlərinə ödəniş mənbəyindən vergi istisnasız olaraq, 11 yanvar 2015-ci il tarixdən 1 fevral 2016-cı il tarixədək hesablanmış faizlərin onların ödənilmə tarixindən asılı olmayaraq illik 500 manatdan yuxarı hissəsindən ödəmə mənbəyindən 10 faiz dərəcə ilə vergi tətbiq olunur. 1 fevral 2016-cı il tarixdən etibarən fiziki şəxslərin əmanətləri üzrə hesablanmış faizlər isə 3 (üç) il müddətinə gəlir vergisindən azad olunur.
Əmanətin ilkin məbləği
min – 30 000 AZN/USD/EUR
maks – yoxdur
Faiz dərəcəsi
Fərdi qaydada təyin edilir
Əmanətin vaxtından əvvəl çıxarılması
Vaxtından əvvəl çıxarılan əmanətlər və ya əmanətin azaldılan hissəsi üçün, faizlər aşağıda göstərilən düstura əsasən hesablanır: Qaytarılan məbləğə və ya azaldılan hissəyə ödənilən faizlər (bundan sonra «F») yenidən aşağıdakı düstur əsasında hesablanır:
F = S * (R * (N -1) / 360) * (N - 1) / T
Burada işarələr aşağıdakıları bildirir:
S - əmanətin azaldılan hissəsi (əgər əmanət tam çıxarılmırsa);
R - Müqavilənin faiz dərəcəsi;
N - Müqavilənin bağlandığı tarixdən başlayaraq azaldılma aparılan tarixədək keçən günlərin sayı;
T - əmanət müddəti günlərlə.
Əmanətin azaldılması:
- Azaldılan məbləğin minimumu - 5 000 AZN/USD/EUR.
- Azaldılan hissə üzrə faizlər müvafiq düstur əsasında yenidən hesablanır.
- Əmanət 10 000 AZN/USD/EUR qalanadək azaldıla bilər
Əmanətin artırılması:
- Əmanətin müddətin yarısından sonra artırılmasına icazə verilmir.
- Əlavələrə əmanətin artırıldığı dövrdə xidmət tarifləri və şərtlərində eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlər, digər bütün hallarda isə fərdi qaydada müəyyən edilmiş şərtlər tədbiq edilir.
- Artırılan məbləğin minimumu - 5 000 AZN/USD/EUR
Avtomatik prolonqasiya:
Əmanət müddəti qurtardıqdan sonra ertəsi gün əmanətçi əmanətin qaytarılmasını tələb etmədikdə həmin dövrdəki tarif və şərtlərdə eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə Bankın birtərəfli qaydada müəyyən etdiyi şərtlərlə uzadılır.
Əlavə üstünlüklər:
- Əmanət yerləşdirilərkən MC Business tipli kart verilə bilər:
- əmanətin məbləği 50 000 AZN/USD/EUR qədər olduqda – 1 kart;
- əmanətin məbləği 50 000-dən 100 000 AZN/USD/EUR qədər olduqda – 2 kart;
- əmanətin məbləği 100 000 AZN/USD/EUR çox olduqda – 3 kart - Kart sahiblərinin adları Əmanətçinin səlayihətli şəxsi tərəfindən yazılı formada təqdim olunmalıdır.
- Əmanətçiyə nağd kredit də ayrıla bilər. Kreditin şərtləri bankın Kredit Komitəsi tərəfindən müəyyənləşdirilir
- Əmanətçi pulsuz kart alma hüququndan istifadə etdikdən sonra, əlavə kart almaq üçün müraciət etdikdə, ona həmin günə qüvvədə olan müvafiq komissiyalar tutulmaqla kart verilə bilər.
1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%, xarici valyutada isə 2,5% müəyyən edilib. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir.
Əlavə olaraq qeyd etmək istəyirik ki, 16 sentyabr 2016-cı il tarixinə qədər iştirakçı banklarda illik maksimum 15 faizlə qəbul olunmuş əmanətlər də, 16 sentyabr 2016-cı il tarixdən etibarən qorunan əmanət hesab olunur və Fond tərəfindən sığortalanır. ərəfindən sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi illik 12%-dək ( 30000 AZN qədər ) təyin olunmuşdur.